Ervira Fərzəliyeva

Ervira Fərzəliyeva
@ervira
Azərbaycan dili və ədəbiyyat müəllimi
52 okur puanı
Nisan 2020 tarihinde katıldı
Üzərində dayandığımız dünya da elə bu relslər kimidir. Ölüm də üzərimizə gələn qatardır. Bütün insanlar ölümün gələcəyini bildikləri halda, yeyir, içir, başlarını məişət qayğıları ilə qataraq yaşayırlar. İnsan ölüm qatarının hər an gələ biləcəyinin fərqindədir. Ancaq bu, həyatını heç bitməyəcəkmiş kimi yaşamasına mane olmur. O, dili ilə hər an ölə biləcəyini etiraf etsə də, xəyalında yüz il sonrası üçün planlar qurur. Həyat tərzimiz, əslində, bizim əbədi yaşamaq istəyimizdən xəbər verir.
Sayfa 236·Kitabı okudu
Reklam
Saxta danışa bilərsən, saxta gülə bilərsən, ancaq saxta baxa bilməzsən. Gözlər aldatmaq bacarığından məhrumdur. Və nə yaxşı ki, bu, belədir...
Sayfa 218·Kitabı okudu
Ən böyük paradoks bax budur da: müdrik və elmli insanlar özlərini heç nə bilməyən hesab etdikləri halda, cahil axmaqlar özlərini hər şeydən başları çıxan müdrik və alim hesab edirlər.
Sayfa 179·Kitabı okudu
- Bəli, intihar edənin əsas istəyi həyatına son vermək deyil, onu içindən üzən ağrılara son verməkdir.
Sayfa 103·Kitabı okudu
Ölümdən qabaq fikirlər dəyişir, dəyərlər dəyişir, həyat mənalı olur, qiyməti qalxır. İnsan bir çox işləri etmədiyini düşünür, bir çox işləri görmək istəyir, bir çox insanlara demədiyi sözləri demək istəyir, görmüş olduğu bir çox əməllər üçün isə təəssüf edir.
Sayfa 77·Kitabı okudu
Reklam