- Necə olur-olsun, Tanrı olmasa da, nəsə başqa bir qüvvə mövcuddur. İnsan uzun müddət qaranlıqda qalanda bunu hiss edir. Yəni belə də olmalıdır. Heç nə yoxdursa, düşüncələrimiz necə olacaq? Bizim ruh, sizin də “məntiq” dediyiniz şeyin axırı necə olacaq? Cismən buradan uzaqlaşsaq belə, sonradan bizdən nəsə qalacağına əminəm.
Mənə baxanda bu dünyada yaxşı şeylərin də olduğunu xatırlayıram. O qədər pis şeylər, qan, iyrənc hadisələr görümşəm ki, onun bir baxışı hamısını unutmağına kifayət edir.