Ervira Fərzəliyeva

Ervira Fərzəliyeva
@ervira
Azərbaycan dili və ədəbiyyat müəllimi
52 okur puanı
Nisan 2020 tarihinde katıldı
Yalnız mən son nəfəsimdə də insan həyatını zəhərləyən, insan diləyini zorlayan süni qanunlara, təriqətlərə, dinlərə, müxtəlif biçimli uydurma allahlara, yüz iyirmi dörd min Allah tacirinin, yüz iyirmi dörd min vicdan bayquşunun yaratdığı süni, yaramaz, əski qullar dünyasına qarşı üz-üzə durub, ucadan deyirəm: yoxdur Allah, yoxdur Allah! Mənəm Allah! Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı! Mənəm göylərin dərinliyində, varlığın gözəlliyində gülümsəyən mövcudatı təcəssüm etdirən, mənəm Allah! Allah mənim özümdədir!
Sayfa 128·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Lakin nə üçün dünyada yaşayan bütün həşərat, belə azad yaşamaq istəyirkən, insanın istədiyi kimi azad yaşamasına yol verilmir?
Sayfa 120·Kitabı okudu
Fəlakət insanlıq səadətinin kölgəsidir! Həyat işıqlandıqca, kölgə də qalınlaşır.
Sayfa 117·Kitabı okudu
Bu dinlərin hamısı güclülərin mızrağını daldalamaq, bu Allahü əkbərlər, bu gurultulu canlar gücsüzlərin iniltilərini, fəryadlarını örtmək, boğmaq, susdurmaq üçündür. Məndən başqa mənim xaricimdə özgə bir Allah yoxdur. Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı. Mənəm göylərin mənəvi varlığındakı qüvvət və iqtidarın məna və mahiyyəti. Mənəm Allah, Allah mənim özümdədir. Qadınları cansız şeylərə çevirən, qul alverini, insan ticarətini doğruldan Məhəmmədlərə, gücsüzlərin taleyini güclülərin mərhəmətinə tapşıran İsalara, yüz iyirmi dörd min Allah tacirinə, mətalarını mızraq gücilə satan Allah dəllallarına mən inanmıram. Onların satdıqları uydurma, süni, buyutdurma Allahlara mən inanmıram, inanmıram!
Sayfa 55·Kitabı okudu
Din adına törətdiyiniz bu qədər qırğınlar, tökdüyünüz bu qədər qanlar yetməzmi? Neçin zavallı insanlığı bir-birindən ayırıb bir-birinə çeynədirsiniz? Bəs deyilmi içdiyiniz qanlar? Qandan doymadınızmı? Bu qanlar bir gün coşacaq və mızraqlar ucunda yaratdığınız bütün bu əski dünyanı öz acıqlı dalğalarında boğacaqdır.
Sayfa 51·Kitabı okudu