📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Ən böyük qanun-şəxsin azad diləkləridir. Altunlarınızı saxlamaq, haqsızlığınızı doğrultmaq, ağalığınızı bərkitmək üçün uydurduğunuz yapma qanunları, yalan dinləri mən tanımıram. Mənim tanrım, başqalarına zərər verməz azad diləklərimdir.
Məhv olmalıdır əski dünyanın bu qanlı fəlsəfəsi, bütün qılınclar, mızraqlar qırılmalı, yazıq bəşəriyyəti ölüm pəncəsində boğan vuruş tanrısının qanlı heykəli, bu ölüm vasitələrinin qırıntıları altında, əbədilik olaraq gömülməlidir. Başqa bir yol yoxdur. İnsanlığın nicat yolu bu mənfur məzarlığın, qara torpaqları üzərindən keçməlidir.
Hər addımında bir cəhənnəm qaynaşan, bu biçimsiz həyatdan məqsəd nədir? Yemək, içmək, parlaq altunlar, geniş bargahlar həyatın məqsədidirmi? Bu qədər diləndiyimiz azadlıq, belə həyat üçün bir məqsəd deyildir. Yemək, yaşamaq üçün, gözəl saraylar-təbiətin amansız pəncəsində ölməmək üçündür.