Bu gün Yerusəlim Yaxın Şərqin güləş meydanı və İslam fundamentalizminə qarşı Qərb sekulyarizminin döyüş meydanıdır. Hələ heç İsrail və Fələstin arasındakı mübarizədən danışmıram. Nyu-Yorkçular, londonçular və parisçilər dinin mütəşəkkil olduğu ateist və dünyəvi dünyada yaşadıqlarını düşünürlər və ən yaxşı halda bu dünyanın dindarlarına mülayimcəsinə istehza edirlər. Lakin minillik fundamentalist ibrahimi dindarların: yəhudilər, xristianlar və müsəlmanların sayı getdikcə artır.
Yeni baş komissar cənab general Alan Kanninqem xüsusilə sionizmi “yəhudilərin tamamilə anormal olan və rasional müalicəyə cavab verməyən psixologiyası ilə müşayiət edilən millətçilik” kimi təsvir etdi.
Başqa bir yaşlı kral naibi, əxlaq keşikçisi və 1837-ci ildə kraliça Viktoriya hakimiyyətə gələn zaman baş nazir olan lord Melburn gileylənərək qeyd edirdi ki, “bütün gənclər dinlə bağlı getdikcə dəliləşir”.