Uzun müddətdir ki, oxumağı planlaşdırırdım, amma tənbəlliyimdən il sonuna qaldı. Kitaba başlamazdan öncə kafkasayağı bir kitab olduğunu söyləmişdilər mənə. İndi isə yekun fikirlərimi sizinlə bölüşmək istəyirəm.
Yəqin ki, indi yazacağım situasiyalar bir çoxunuzun başına gəlib.
Dostunuz, atanız, ananız-bir sözlə hər hansı bir yaxınınız əsəbi olanda heç bir səbəb yox ikən sizinlə münaqişə yaratmağa çalışır. İki variantınız var; ya çox sakit, passiv olmaq, ya da özünüzü cilovlaya bilməyib əks-cavablar verib münaqişəyə səbəbkarlardan biri olmaq. Qarşı tərəf hansında daha çox aqressivləşməyə başlayır? Təbii ki, biz passiv qalanda, reaksiya verməyəndə. Ya da ona sığal çəkən sözlər işlətməklə. Eynilə həyatda da belədir. İşimizdə, təhsilimizdə həmişə belə hallarla qarşılaşırıq. Məşhur kəmiyyət və keyfiyyət məsələsi. Nə qədər danışdığın yox, nəyi necə danışdığın önəmlidir. Təəssüf ki, indi insanlar lakonik danışanda qarşı tərəfi ciddiyə almır. Gərək uzadasan ki, uzadasan. Bir müəllimimim var idi, eyni dərsi uzun uzadı və lazımsız yerlərini danışan yoldaşımı mənim lakonik və əsas yerləri danışmağımdan üstün tuturdu. Ki ona görə lövhədə nə danışdığım yox, nə qədər danışmağım önəmli idi(nəysə nəysə)
İndi gələk bizim Mirzəyə. Kitabı oxuyarkən o qədər hövsələdən çıxmışdım ki, az qala kitabı yerə vuram. Ona nə iş tapşırılsa, "yaxşı olar ki, bu işi mən görməyim." deyir. Düzü, ilk başlar onun bu hərəkətini bəyənsəm də sonrada nifrət etməyə başladım. O ki həyatımızda insanlar olur, hansılar ki get deyirsən getmir, əl çəkmir, yapışıb qalır sənə yük olur. Mirzə də elə biri idi. Kafkanın obrazları belə deyildi ən azından. Buna görə də kitabı əsəb içində oxudum, amma qiymətləndirmə zamanı bütün hirsimi kənara qoyuram və müəllifin bizə çatdırmaq istədiyi fikri bəyəndiyimi söyləyə