Belə baxsaq, hər qadın yataqda bir ana kimi kişisinin hər istəyini yerinə yetirir. Yalnız yataqda o, kişidən hər mənada güclüdür. Bura onun səltənətidir və heç bir kişi nə qədər güclü olsa belə, əsl qadına qalib gələ bilməz. Amma məhz burada qadınların min illər boyu etdiyi əsas səhvi gizlənir. Yataqda qalib gələrək kişinin bədəninə hakim olan qadın səhvən onun ruhunu da zəbt etdiyini düşünür. Amma kişinin bu məsələyə yanaşması tam başqadır. Minlərlə maneələrdən keçərək, yalan və biclikdən istifadə edərək, şikarını ram etməyə görə hər şeyi gözə alan kişi onu qazanandan sonra qadına qarşı soyuyur. Bu dəlilikləri artıq başqa qadın üçün etməyə hazırdır. Kişi vəfasızlığı onda genetik qoyulub, qadınlarda isə bu hiss bir çox amillərdən asılıdır.
Hər kişinin həyatında belə bir an olur ki, o, xətrinə dəyənin əngini əzişdirmək məcburiyyətində qalır. Onunla dalaşmasa, özünə hörmətini itirir. Bu isə kişinin başına gələn ən qorxulu işdir.
Özün üçün əvvəldən seç nəyi çox bəyənirsən. Ya çıxışları, ya da ki işini. Bizdə çox məşhur olanları bəyənmirlər axı. İkincisi, özünü vacib olduğunu təyin et. Vicdanındısa, həmişə onun səsine qulaq as. Maddi gəlirdisə, onda hər vəziyyətdə marağını güdməlisən. Başqa bir şeydisə, onda şəraitə uyğun hərəkət et. Demək istəyirəm ki, özün üçün qanunları müəyyənləşdir, oyun boyu da dəyişmə.