Feride Bayramlı

Feride Bayramlı
@feride_book
teknoloji mühendisi
üniversite
Bakü
Bakü, 7 Ağustos 1992
1399 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
8/10
·608 syf.··
2023 112. kitabı
·
3 günde okudu
·
Okunma: 01 Ekim 2023 18:58
“Bazen insan acının veya yanlış erkeğin tutsağı olur. Ve aşk... Nereden geldiği bilinmez bir şekilde ortaya çıkıp sevgiden körleşmeye sebep olabilir." Salam dostlar. Yeni ay və yeni iş həftəsində hamınıza bol bol enerji arzu edirəm. İş həyatımdakı narahatlıqlara görə kitab oxumağım xeyli geriləsə də, həftəsonunda gözəl bir kitab oxumağa vaxt etdim. "Zehra" kitabı mənim rəfimin təqaüdə çıxmış kitablarındandır))) Çünki 3 ildir rəfimdə yolumu gözləyirdi. Saraybosna savaşından bəhs edən kiktabda, Zehra "Begoviç" ailəsinin sonbeşiyidir. Kişilərin savaşa getməsiylə, ailəni bir arada saxlamaq və keçim yükü ananın üstünə düşür. Ana öz övladlarını qanadları altına alsa da, müharibənin sərt şilləsindən özünü qoruya bilmir. Çətin vəziyyətdə qalan ana, çarəni qaçmaqda görür. Əvvəlcə qızı Zehranı xilas etməyə çalışsa da, Zehra anasını bu yolda tək qoymur. Həyat yolu Danimarkaya qədər uzanan Zəhranın hekayəsini mən maraqla oxudum. İnşallah sizlər də bəyənərsiz.
ZehraCarsten Nagel · Pegasus Yayınları · 2019203 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
5/10
·216 syf.··
2023 110. kitabı
·
13 saatte okudu
·
Okunma: 27 Eylül 2023 18:05
"Torpağa su qatılanda palçıq, qan qatılanda Vətən olarmış" - bu məlum həqiqət kəndimizin iki şəhid anası, müqəddəs anası, ocaq anası Ziba xanımın dilində necə böyük səslənirdi, İlahi! Bir var, sən torpaqla bütünləşirsən, bir də var, torpaq səninlə bütünləşir. Salam. Hər vaxtınız xeyr dostlar.. Ölümüylə Azərbaycan xalqının "Böyük Vətən müharibəsi"ni başladan generalımız Polad Həşimovun həyat yolundan bəhs edən "Polad Həşimov xatirələrdə" kitabının təhlil edilmiş formasında yazılmış "Polad necə bərkidi?" kitabıyla sizləri tanış edim. Dediyim kimi və mənim fikrimcə, hər bir azərbaycanlı oxucu kimi, oxuduğu kitabdan təsirlənmiş və duyğulanmış İlqar Kamil yaşadığı hissləri bu kitabda qələmə alıb. Polad Həşimov ölümüylə tarix yazan sərkərdə kimi oldu hamının gözündə. Onun ölümüylə xalqın qəhrəman oğullarının ürəyində intiqam atəşi yandı. Və bu atəş 44 günə "ermənistan ordusunu" torpaqlarımızdan təmizlədi. Kitabı oxuyarkən "Polad Həşimov xatirələrdə" kitabını paralel oxuyurmuş kimi hiss etdim özümü. Təhlilimi elə kitabdakı bir alıntı ilə bitirmək istəyirəm... Bəli, insan olmaq! Və məncə, general Həşimov təkcə peşəkar hərbçi (oxu: dahi) olduğu üçün deyil, daha çox insan olduğu üçün belə şiddətlə sevildi - yəni Poladı Polad edən insanlığı, dürüstlüyü oldu. Elə işinin peşəkarı edən də!
Polad Necə Bərkidiİlqar Kamil · Parlaq İmzalar · 202029 okunma
Puan vermedi·255 syf.··
2023 108. kitabı
·
3 günde okudu
·
Okunma: 19 Eylül 2023 19:44
"Üzeyir bəy başını qaldırıb göyə baxır, aramsız yağan yağışın musiqisini dinləyirdi..." O Azərbaycan musiqi sənətinin dahisi... Azərbaycan Operasının banisi...Azərbaycan Dövlət Himninin bəstəkarı... O... Yaz yaz bitməz... müəllim, sənətkar, musiqiçi... Onun doğulduğu 18 sentyabr tarixi təqvimlərə - "Milli Musiqi Günü" kimi qeyd edilir... Xan nəşriyyatının "Xatirə" seriyasında bu səfərki seçimim "Üzeyir Hacıbəyli" oldu. Dahi bəstəkarın keçdiyi ömür yolunu onu sevən insanların, şagirdlərinin və həmkarlarının xatirələrində yaşatdıqları anılarla oxuyuruq bu kitabda... Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının trium-fu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib...
Üzeyir Hacıbəyli XatirələrdəKolektif · Xan Nəşriyyatı · 201917 okunma
9/10
·159 syf.··
2023 106. kitabı
·
7 saatte okudu
·
Okunma: 14 Eylül 2023 08:26
Reşat Nuri GüntekinReşat Nuri Güntekin "-Uğranılan haksızlıklara ve hakaretlere koyun gibi tahammül etmemek insanlığın başlangıcıdır evlât... Daima söylerim ya... Bu hayatta nezaket sökmez.." Salam dostlar. Hava şəraitindən asılı olmayaraq enerjinizin yüksək olmasını diləyirəm. Sizlərə bugün olduqca geniş oxucu kütləsi olan, kitab dünyasına gözəl əsərlər bəxş edən və yüksək reytinglə ekranlaşdırılmış romanların müəllifi Reşat Nuri Güntekinin "Acımak" əsəriylə gəldim. Bir atanın övladını pis niyyətli ana və nənəsinin əlindən qurtarmaq üçün mübarizə aparmasından və bu yolda özünü fəda etməsindən bəhs edən kitab bizlərə olduqca gözəl dərslər verir. Kitab kiçikhəcmli olduğundan çox şey danışmadan mövzuyla sizləri tanış edim. Yazar, cumhuriyet öncesinde yeni mezun, idealist genç bir mülkiyelinin iş ve sosyal yaşamdaki çatışmalarını ve uyumsuz ilişkilerini anlatırken, dönemin memuriyet yaşamına, köhne yapısına ait önemli ipuçları da veriyor. Şehirden kasabalara sürüklenirken, ardında birer birer ilkelerini de bırakan genç adam hatalı bir evlilikle korkunç bir sona doğru sürükleniyor. Acı ve sefaletle dolu ortamdan tesadüfle sadece kızı Zehra’yı kurtarabiliyor. Acımak; aile içi ilişkileri ve sorumluluklarını, adeta ders verir gibi gözler önüne seriyor. AcımakAcımak
AcımakReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 202151,5bin okunma
Cənubi Azərbaycan
Puan vermedi·240 syf.··
2023 104. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Eylül 2023 18:56
İlkin Rüstəmzadəİlkin Rüstəmzadə "Qəhrəmanlar heç vaxt ölmürlər. Dilədikləri həyatı yaşamasalar da, uğrunda döyüşdükləri, xəyalında olduqları şeyləri qazanmasalar da, unudulmurlar." Salam dostlar. Ümid edirəm ki, həyatınızda hər şey qaydasındadır. Sizlərə yenə Azərbaycan ədəbiyyatının yeni nəsil yazıçılarından İlkin Rüstəmzadənin qələmindən "Bahar Mehi" kitabıyla gəlmişəm. 1992-ci il təvəllüdlü yazıçımız, Cənubi Azərbaycanda baş verənləri və eyni zamanda əsərin qəhrəmanıyla şəxsən görüşərək, onun yaşadıqlarını da reallığı ilə qələmə almışdır. Real hadisələr əsasında yazılmış əsərdə bir-birini izləyən hadisələr, müxtəlif insan taleləri, tarixi faktlar geniş panoramada təsvir olunmuşdur. Kitaba bayılmasam da, Cənubi Azərbaycanda baş verənlərlə maraqlanan oxucular üçün olduqca manidar seçim ola biləcək kitabdır. Hamıya xoş günlər diləyirəm. Bahar MehiBahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202317 okunma