Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İlkin Rüstəmzadə

İlkin RüstəmzadəQaranlığın Hekayəsi yazarı
Yazar
Derleyen
9.1/10
8 Kişi
48
Okunma
3
Beğeni
256
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

3 okur beğendi.
48 okur okudu.
12 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Həyat boşdur. Bir az kin, Bir az ümid, Və sonra Allaha əmanət! Həyat qısadır. Bir az xəyal, Bir az sevgi, Və sonra, Allaha əmanət!
Reklam
İnsanın nəyi düşünməsi və nəyi etməsi qədər, nəyi düşünməməsi və ya etməməsi də çox önəmlidir.Bununla belə, biz düşüncəmizi hər zaman işlək saxlamalıyıq.Düşüncəni paslanmağa qoymaq və hər iddiaya inanmaq olmaz.Düşüncəni gərək inkişaf etdirəsən,amma yavaş-yavaş.Onsuz da, yaxşı işlər yavaş-yavaş görülür.
Sayfa 55
Tarix, "elə olmasaydı, belə olardı" kimi yanaşmanı,müqayisəni sevmir.
Sayfa 41
Pablo Neruda
Yavaş-yavaş ölürlər Səyahət etməyənlər. Yavaş-yavaş ölürlər Oxumayanlar, musiqi dinləməyənlər... Yavaş-yavaş ölürlər Vərdişlərinə əsir olanlar, Hər gün eyni yollarda gedənlər, Üfüqlərini genişlətməyənlər və dəyişdirməyənlər...
Qəhrəmanlar heç vaxt ölmürlər. Dilədikləri həyatı yaşamasalar da, uğrunda döyüşdükləri, xəyalında olduqları şeyləri qazanmasalar da, unudulmurlar.
Sayfa 237Kitabı okudu
Heç kim bizim üçün təhlükə deyil, təhlükə olanları anındaca zərərsizləşdiririk.
Qaranlığın Hekayəsi
Qaranlığın Hekayəsi
Reklam
İradəmi sındıra və məni təslim olmağa məcbur edə bilcək bir güc tanımırdım.
Qaranlığın Hekayəsi
Qaranlığın Hekayəsi
Bizim yerimizə həyatımızla bağlı başqalarının qərar verməsi sarsaq bir şey kimi gəlir mənə.
Qaranlığın Hekayəsi
Qaranlığın Hekayəsi

Yorumlar ve İncelemeler

Tümünü Gör
240 syf.
10/10 puan verdi
·
3 günde okudu
"Bahar mehi" sənədli romanı İlkin Rüstəmzadənin ən son nəşr edilən, mənim isə onun yaradıcılığından oxuduğum ilk əsəri idi. Əsər dahi fars şairi Sədinin şeiri ilə başlayır. Görəsən, indi necədir Bağçamın vəziyyəti? Söylə, ey bahar mehi. ... İlkin bəyin "facebook"dakı paylaşımlarından kitabı oxuyan şəxslərin yaşanmış bir həyat olduğuna dair heyrət dolu şərhlərini görürdüm. Açıqcası qəribə gəlmişdi, kitabı oxuyanların yuxarı-aşağı hamısının fikirlərinin üst-üstə düşməsi. Bitirdikdən sonra, heç bir şərhin şişirdilmədiyinin, hətta zəif qaldığı qənaətinə gəldim. Çox təsirli idi və bir o qədərdə bu yaşanmış hadisənin qəhrəmanının ölmədən yazıçı ilə görüşünə, hadisələri ona nəql etməsinə sevindim. Roman İranda da oxunması üçün mütləq ən qısa zamanda fars dilinə tərcümə edilməlidir. "Bahar mehi" Cənubi Azərbaycan və İran tarixinin indiyədək gizli qalmış ən möhtəşəm, hüznlü və ağrılı hekayəsindən bəhs edir. Əsər real hadisələr əsasında qələmə alınmışdır.
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202312 okunma
240 syf.
·
Puan vermedi
·
3 günde okudu
Cənubi Azərbaycan
İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
"Qəhrəmanlar heç vaxt ölmürlər. Dilədikləri həyatı yaşamasalar da, uğrunda döyüşdükləri, xəyalında olduqları şeyləri qazanmasalar da, unudulmurlar." Salam dostlar. Ümid edirəm ki, həyatınızda hər şey qaydasındadır. Sizlərə yenə Azərbaycan ədəbiyyatının yeni nəsil yazıçılarından İlkin Rüstəmzadənin qələmindən "Bahar Mehi" kitabıyla gəlmişəm. 1992-ci il təvəllüdlü yazıçımız, Cənubi Azərbaycanda baş verənləri və eyni zamanda əsərin qəhrəmanıyla şəxsən görüşərək, onun yaşadıqlarını da reallığı ilə qələmə almışdır. Real hadisələr əsasında yazılmış əsərdə bir-birini izləyən hadisələr, müxtəlif insan taleləri, tarixi faktlar geniş panoramada təsvir olunmuşdur. Kitaba bayılmasam da, Cənubi Azərbaycanda baş verənlərlə maraqlanan oxucular üçün olduqca manidar seçim ola biləcək kitabdır. Hamıya xoş günlər diləyirəm.
Bahar Mehi
Bahar Mehi
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202312 okunma
Reklam
240 syf.
10/10 puan verdi
·
5 günde okudu
İlkin Rüstəmzadənin “Bahar mehi” romanını bitirdim.Əsəri 2 günə bitirdim.Əslində birnəfəsə oxunulacaq romandır. Yazarın ilk kitabını “Qaranlığın hekayəsi”ni almışam amma oxumamışam.Elə oldu ki, ikinci kitabını daha tez oxudum. Kitabı çox bəyəndim.Real hadisələr əsasında qələmə alınmış bu roman Cənubi Azərbaycan və İran tarixinin indiyədək gizli
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202312 okunma