Təsəlli boş və mənasız şeydir. Təsəlli insanı aldatmaqdır. Acı reallığı ört-basdır etməkdir. Və bundan heç xoşum gəlmir. Məncə, yaxınını itirən adama üzünə
yalançı kədər qondurub başsağlığı vermək ikiüzlülükdür. O kədəri yaşamırsansa, öz içində hiss etmirsənsə, ikiüzlülüyə də ehtiyac yoxdur.
İnsanları bir-birinə bağlayan çətinliklərdir. Problemlərin öhdəsindən birlikdə gəlməkdir. Birlikdə mübarizə aparmaqdır. Bu əsnada insanlar bir-birini tanıyır, güvənir, dostlaşır, münasibət qurur.