Teodor Drayzerin yaradıcılığından oxuduğum ilk kitab "Kerri bacı" əsəridir. Əsərdə ən çox diqqətimi cəlb edən Kerri obrazıdır. Çünki həyatda müvəffəqiyyət qazanmaq üçün çox çalışır və buna nail olur. Düzdü ilk başlarda çox ağır şəraitdə yaşayır amma Drue ilə tanışlıqdan sonra həyatı dəyişir. Təbii ki, Kerri bir kişidən asılı vəziyyətdə yaşayaraq həyata davam etmir. Hadisələrdən öz mənafeyinə uyğun istifadə edir və sonda məşhur aktrisaya çevrilir. Bütün baş verən hadisələr Kerrini güclü bir obraz olduğunu göstərir. Qısacası əsəri çox sevdim