Fidan V

Fidan V
@fidanvaqif
Baku
3 reader point
Joined on April 2023
388 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
"Çağrı" tarixi roman həvəskarları üçün əsl tapıntıdır. Onu oxuyarkən orta əsrlərin sirli-sehirli dünyasında xəyali olaraq səyahət etdim. Bu kitab vasitəsi ilə Şərqin Fəridəddin Əttar kimi dahisini, Cəlaləddin Xarəzmşah kimi qəhrəmanını kəşf etdiyim üçün özümü xoşbəxt sayıram. Kitabın hekayə dili çox zəngindir, yormayan və könül oxşayan üslübu var. Hadisələrin gözlənilməz seyri sizi daim həyəcan və xoş gərginlikdə saxlayır. Oxuyarkən durmadan sətirlərinin altını cızacağınız və nə zamansa yenidən ona geri qayıdacağınız bir kitabdır. Oxuyub bitirdim və xoş dadı damağımda qaldı. Bu kitab bitsə də, onun sətirləri uzun müddət beynimdə dolaşıb duracaq.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202359 okunma
Reklam
293 syf.
10/10 puan verdi
·
Liked
Must read kitablardan
Bəyəndim, ancaq ağır kitab idi. Uzun zaman bu kitabın təsiri altında qaldım. Bu kitab reallıqla arzuların toqquşmasında ortaya çıxan acı həqiqətdən bəhs edir. Sadəcə beyninizlə deyil, eyni zamanda ruhunuzla oxumaq istəyəcəyiniz bir kitab oxumaq istəyirsinizsə, mütləq "Arzu tramvayı"na müraciət edin!
Arzu Tramvayı
Arzu TramvayıTennessee Williams · İmge Kitabevi · 2018381 okunma