İctimaiyyət arasında çox vaxt valideyn-övlad münasibətlərində yalnız valideynin övlafa verdiklərindən, onun uşağı böyütmək yolunda necə əzablara qatlaşdığından söhbət açılır. Dünyaya gəlmiş körpənin öz gəlişi ilə valideynlərinə verdiyi dünya boyda sevinc, fərəh, xoşbəxtlik isə unudulur.
Qəbiristanlıqda başlayıb elə qəbiristanlıqa da da bitən sevgi hekayəsi.....
.
İnsanları bəzən yaralar birləşdirir... ehtiyac duyduğu sevgini başqa bir ruhda tapması bir birinə bağlayır.... Eləcə də Fərəh və Orxanda olduğu kimi...
.
Valideyinlərini itirmiş hər iki gənc məzarlıqda təsadüfən qarşılaşırlar. Bu qarşılaşma hər iki gənc üçün yeni bir hekayənin başlanğıcı olur.
.
Hər başlanğıcın bir də sonu vardır. Və hər son bizi sevindirirmi?!
Yazıçının kitaba verdiyi ad da boşuna deyildi: "Aciz qalan ulduzlar"
"Biz səninlə heç vaxt ayrılmayacağıq.Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq."
.
Acizlik bəzən verilən və tutula bilməyən sözlərdə, bəzən isə məsafələrdə idi.....
Fərəh bir az üzünə baxıb heç nə demədən sakitcə qapını bağladı.
Orxanın ürəyinə ümid toxumları səpildi. Ən azından yox deməmişdi.
Qapını çırpıb acılamamışdı da. Deməli ümid var idi.
Fərəhin qəlbi çox qırılmışdı. Tam ayağa qalxmışkən, bir şeylərə yenidən inanmağa başlamışkən yenə ayağı büdrəyib palçığa yıxılmış, dizləri qanamışdı.
Yenidən yeriməyə cəhd etmək, “birdən buraxdı?” düşüncəsi ilə uzanan əli tutmaq çətin olacaqdı.
Amma Miranın da dediyi kimi, bəzi yaraları yalnızca onları qanadanlar sarıya bilirdi.