Fidan Naghiyeva

Fidan Naghiyeva
@fynaghk
Based on a True Story
Engineer
Master of Intelligent Systems
Baku
15 September 2000
49 reader point
Joined on June 2020
323 syf.
7/10 puan verdi
·
Read in 19 days
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes
8.9/10 · 15k reads
Reklam
Kainat genişlənir, onun hər bir hissəciyi digərindən uzaqlaşaraq, bizi fəzanın qaranlıq və sərhədsiz tənhalığına ataraq, uşağı anadan, dostu dostdan ayıraraq, hər kəsi öz cığırıyla vahid tərəfə - ölümə və tənhalığa yönəldir. Sevgi isə bu dəhşətə ziddir, insanlar fırtına zamanı dənizə düşməmək üçün əl-ələ tutduqları kimi, bizi boşluğa yuvarlanmaqdan saxlayan zəncirin bir halqasıdır.
Sadəcə, başqalarına vaxt sərf etmək istəmirəm. O heç mənim özümə çatmır.

Reader Follow Recommendations

See All
Bizim univetsitetdə ağıl, təhsil, bilik - hamısı ilahiləşdirilir. Ancaq, mən sizin görmədiyiniz şeyləri də bilirəm: insan duyğularının hopmadığı çılpaq biliklərin bir qara quruş dəyəri yoxdur.
Kim deyə bilərdi ki, mənim qaranlığım sənin işığından yaxşıdır?
Reklam
Məncə, insanın özünün nəsə yaratması başqalarının başladığı işi başa çatdırmaqdan daha maraqlıdır.
Maraqlıdır, təkcə alimlərin çox az bilməsi, ya da özlərinə, yaradıcılıq prosesini idarə etmək imkanlarına həddən artıq güvənməsi ucbatından, görəsən, nə qədər müəmmalar həll olunmamış qalıb?
Cavabı sualların olmadığı yerdə axtaran deyiləm. Mən problem haqqında daha düşünməyəcəyəm və onun mənə yetişməyimə imkan verəcəyəm.
Bəla burasındadır ki, heç yerdə heç kəsə yer yoxdur.
Heç kəsin onlara ayırmağa vaxtı olmadığından mehribanlığı və məhəbbəti bir-birilərində tapırdılar.
Reklam
“Bizə pul və ya təchizatla kömək edənlər çoxdur, ancaq vaxtını və duyğularını verənlər azdır.”
Tənhalığım mənə sakitcə düşünməyə, oxumağa və xatirələrdə qurdalanmağa - keçmişimi yenidən kəşf etməyə, nəhayət, kim olduğumu bilməyə imkan verir. Əgər hər şey əyri-üyrü və çəpinə getsə, heç olmasa keçmişim mənimlə qalsın.
Daha çox öyrəndikcə varlığından xəbərimin belə olmadığı daha çox şey görürəm. Əvvəllər özümü HƏR ŞEYİ bilə biləcəyim, bəşəriyyətə aid bütün bilikləri beynimə yığa biləcəyimlə bağlı səfeh düşüncəylə sakitləşdirirdim. İndisə yalnız biliyin varlığını bilməyə və onun kiçik bir zərrəsini dərk etməyə qadir olacağıma ümid edirəm. Görəsən, buna vaxtım çatacaqmı?
Onun özü haqda nə düşünməsinin elə bir əhəmiyyəti yoxdur. Bəli, Nemur eqoistdir, amma nə olsun? Belə bir işə girişə bilmək üçün elə eqoist olmaq lazımdır. Mən bütün rənglərdə olan “Nemur”lara yetərincə baxmışam və bilirəm ki, onların əzəmətli görkəmləri altında həmişə qorxu və özünəinamsızlıq gizlənir.
328 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.