gadimovkanan

gadimovkanan
@gadimovkanan
Sıkı Okur
Məşhur filmlərdən alıntılar
1. İnsanın yüksəlişi uzun vaxt alır, amma iflası tam əksinə. - Kosmopolis 2. Sanki çox uzun ömrümüz varmış kimi bir də həyat bizə gözləməyi öyrədir. - Pianist 3. Ən önəmlisi ümidini heç vaxt itirmə. - Pi'nin həyatı 4. Nə qədər yaxından baxsan, o qədər az görərsən həqiqəti. - Aldatma illuziyası 5. İnsanlar hökumətlərindən qorxmamalıdır, hökumətlər insanlarından qorxmalıdır - V for Vendetta 6. Bir xəyalın varsa, onu qorumalısan. İnsanlar hər zaman özləri edə bilmədiklərini sənin də edə bilməyəcəyini deyirlər. Əgər nəyisə istəyirsənsə, onu əldə etməlisən. - Ümidini itirmə
Reklam
Lev Tolstoy'dan alıntılar
1. Sevdiyim şeylərin hamısına sahib deyiləm. Amma, sahib olduğum hər şeyi sevirəm. 2. Hakimiyyət öz gücünü xalqın savadsızlığından alır, özü də bunu bilir, odur ki, həmişə maarifçiliklə mübarizə aparacaq. 3. Biliklərin çoxluğu yox keyfiyyəti önəmlidir. Çox şey bilən, ən lazımlı şeylərdən xəbərsiz ola bilər. 4. Xoşbəxt insan öz evində xoşbəxt olandır. 5. Hər kəs qoy öz həyətinin qarşısını süpürsün, onda küçə təmiz olar. 6. Hər kəs bəşəriyyəti dəyişməyə çalışır. Amma heç də hər kəs özünü necə dəyişməli olduğu barədə düşünmür. 7. Dünya, bu yolda cəfa çəkənlərin sayəsində irəli gedir. 8. Elə bir şərait yox ki, insan orada yaşaya bilməsin, xüsusən əgər, orda hamının belə yaşadığını görürsə.
Lev Tolstoy
Lev Tolstoy
Alber Kamu'dan alıntılar
1. Azadlıq imtiyaz yox, ilk əvvəl məsuliyyət deməkdir. 2. Azad o kəsdir ki, yalan danışmağı bacarmır. 3. Tanrının varlığını inkar etmək hələ o demək deyil ki, heç bir əxlaq da yoxdur. 4. Mükəmməllik olmayan yerdə xoşbəxtlik də yoxdur.
Albert Camus
Albert Camus

Okur Takip Önerileri

Tümünü Gör
Yuxular, uşaqlıq və seks
İnsan bilgisizliyə meyllidir. Həyatın rahat, vərdişkar axışını pozacaq həqiqətlərdən və faktlardan xəbərsiz olmaq insana daha çox sərf eləyir, daha çox ürəyinə yatır. Yox, təbii ki, bu hamıya aid deyil, istisnalar da var. Ancaq əksəriyyət, kütlə haqqında əminliklə demək mümkündür: insanlar dəyişikliyi sevmirlər. Çünki dəyişikliklər (xüsusilə də inqilab kimi kəskin dəyişikliklər) alışılmış, çoxdan mənimsənilmiş, doğmalaşmış nizamın dağılması ilə nəticələnir. Freyd sakitcə, heç bir inqilabi pafos nümayiş etdirmədən, cəsarətlə iddia eləyirdi ki, nevroloji pozuntuların kökündə həmişə seksual istəklər yatır. Daha doğrusu, reallaşmamış seksual istəklər. Özü də adi yox, insanda hələ uşaqlıq dövründə meydana çıxan seksual istəklər...
Sigmund Freud
Sigmund Freud
Emosional yanma
İnsan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. 1. İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı). 2. Müsbət nəticələri dəyərləndirməmək. 3. İşə çoxlu enerji sərf etmək. Gərək olmayan tənqid. 4. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər. 5. İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. 6. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi. 7. Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə. 8. Gələcəyə aid perspektivlərin görünməməsi. 9. İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.
Reklam
Reklam
37 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.