gadimovkanan

gadimovkanan
@gadimovkanan
Sıkı Okur
gadimovkanan yorumladı.
Sual
Kitabla tanışlığınız necə olub?
gadimovkanan okurunun profil resmi
Maraqlı sualdı. Danışanda adi görünsə də əslində bir az mənə görə kitab oxumağa başlamağım qeyri-adi oldu. Fikirləşəndə ki, nə məktəb vaxtlarında, nə də məktəbdən sonra kitaba yaxın durmamışam. Bildiyiniz avara idim, nəyin ki kitab oxumaq, əvvəlcə düşüncəm dəyişdi, sonra geyim stilimə qədər hər şey dəyişməyə başladığı ərəfələrdə dostum elektron kitab oxuyurdu və mənə də məsləhət gördü. O kitab da söyüşdən ibarət və bir az da gülməli idi, dostum kitabdan sitatlar gətirdikcə mənə də maraqlı gəlirdi. PDF formatında göndərdi, hər gün oxuyurdum, oxuduqca oxumaq istəyirdim. Beləcə eyni yazarın bütün kitablarını oxumağa başladım. Hamısı da maraqlı idi. Bir neçə kitabı elektron oxuduqdan sonra kitab almağa başladım və düşündüm belə oxumaq daha çox zövq verir. İlk oxuduğum isə Çarlz Bukovskinin "Qadınlar" romanı olub. Və o günlər idi ki, heç kimlə yaxın ola bilmirdim. Özümə qapandığım günlərdə kitablarda özümü tapa bilirdim hərdən. Ən azından başqalarının həyatını oxuyub fikrimi yayındıra bilirdim. İndi həmən dostumla əlaqəm yoxdur, demək olar ki səbəb olmadan, bəhanə ilə 15 ildən çox dostluğumuzun üstündən xətt çəkib gedib. Amma yenə də sağ olsun. Düşüncəmin dəyişməyinə səbəbkarlardan biri olub.
Reklam
gadimovkanan bir yorumu yanıtladı.
Nadir tapıntı Raif Əfəndi
•İyirmi dörd yaşında olduğum halda, başımdan heç bir qadın macərası keçməmişdi...

Reader Follow Recommendations

See All