gadimovkanan

gadimovkanan
@gadimovkanan
Sıkı Okur
Həqiqəti istəyirsinizsə, onda o nə qədər acı olsa da, eşitməyə hazır olun. Çünki heç bir insana "o bunu etməz" rəyi yaraşmır. İnsan dediyin varlıq yaxşı və pis hər şeyə qadirdir.
Reklam
Əslində isə mütləq bir qadın gözəlliyi anlayışı yoxdur axı. Qadının gözəlliyi baxan şəxsin kimliyindən, düşüncə tərzi və zövqündən asılı olaraq onun nəzəri ilə qiymətləndirilir. Birinə gözəl görünən başqasına adi, çirkin, hətta iyrənc də görünə bilər.
250 syf.
9/10 puan verdi
·
Liked
Susan Qadın
Susan QadınElxan Elatlı
8.2/10 · 294 reads

Reader Follow Recommendations

See All
Mövzu: Seksin başqa insani dəyərlər arasındakı yeri. Qısa paltar geyinən, dodaqlarına parlaq boya yaxan qadınlara qara-qorxu gələnləri, çimərlikdə gəzib, çuğulluq etmək üçün, açıq-saçıq çimərlik paltarı geyinmiş qadınları güdən şəxsləri, nədənsə, seks düşkünü saymırlar. Ancaq dərindən baxanda, cinsi münasibətlərin azadlığını müdafiə edən müəlliflər yox, elə bu dediyimiz yaramazlar seks düşkünü sayılmalıdır. Sözün düzü budur: sekslə bağlı kəskin baxışlar ortaya qoyan, ondan acıqları gəldiyini deyən şəxslər, bununla da, hamıdan gizlətməyə çalışdıqları şəhvani düşkünlüyünü üzə çıxarmış olurlar.
Reklam
İndilikdə isə bizim yararlandığımız tərbiyə metodları heyvan təlimçisinin ayını oynamağa öyrətdiyi metodlara bənzəyir. Heyvan təlimçiləri ayıya oynamağı belə öyrədirlər: onu bərk qızdırılmış dəmirin üstünə çıxarıb, hansısa oyun havası çaldırmağa başlayırlar; ayı ayaqları yanmasın deyə atılıb düşməyə başlayır; bunu dönə-dönə təkrarlayandan sonra, ayı ayağının altında qızmış dəmir olmadan da, oyun havasını eşidən kimi, atılıb düşməyə, ona tamaşa edən uşaqları əyləndirməyə başlayır. Uşağın öz cinsi orqanına toxunduğunu görən yaşlılar da, elə buna bənzər metodlarla onu tərbiyələndirməyə çalışır. Onlar uşağı bu durumda çox "yaxşı" qorxuda bildikləri üçün, o böyüyəndən sonra da, öz seksual istəkləri ilə bağlı tərbiyəçilərinin öyrətdiyi "oyun havasını" oynamaqda davam edir, sonra da, nə üçün özünün seksual həyatının onun ürəyini açmadığı, sevinc gətirmədiyi üzərində baş sındırmağa başlayır.
Öz diləklərinə çatmaq üçün dinə arxalanmağa gərək duyan insan qorxaqdır, mən belə birisini, diləklərinin gücünə arxalanıb yerinə yetirmək istəyən insanla yanaşı qoymazdım, öz gücünə arxalanan insan isə, çox ürəklidir və öz yolunda uğursuzluqla üz-üzə gələcəyindən belə qorxub çəkinmir...
Evlilikdə tərəflər bu halda xoşbəxt yaşaya bilər. Birincisi, gərək hər iki tərəf biri-birinin bərabərliyini gözləyə bilsin; ikincisi, gərək onlar biri-birinin qarşılıqlı müstəqilliyinə sayğı ilə yanaşa bilsinlər; üçüncüsü, gərək evlilikdən yaranmış, istər cismani, istərsə də mənəvi münasibətlərdəki doğmalığı qoruyub saxlaya bilsinlər; dördüncüsü, ərlə arvadın bəlli dəyərlərə yanaşmasında, bir-biri ilə uyğun gələn baxışları olmalıdır.
Təkcə pul qazanmaqla bağlı olan işin heçbir mənəvi dəyəri olmur, mənəvi dəyəri olan iş işçinin ürəyini coşdurmalı, onun gözlərini dünyaya açmalı, onu həm öz işinə, həm də insanlara qarşı sevgi aşılanmalıdır.
Evliliyin təntənəsini əngəlləyən səbəblərdən biri də qısqanclıqdır, bu duyğunun iyrəncliyini qavraya bilənlər, bu instinktiv duyğunu cilovlaya bilir.
Reklam
Övladlarının onlarla öyünməli olduğunu ummaq, ataların ən böyük çatışmazlığıdır.
Sevgi ancaq azad və könüllü olduqda yaşaya bilir. Sevgi duyğusu bir borc kimi anlaşılmağa başladıqda isə ölür; birdən siz özünüzün kimisə sevməli olduğunuzu düşünürsünüzsə, özünüzü güclə buna sürükləyirsinizsə, gez-tezi sevmək istədiyiniz bu adamı görməyə gözünüz olmayacaqdır. Sevgi ilə borc duyğusunu birləşdirməyə çalışmaq, iki stulda birdən oturmağa bənzəyir.
...uşaqları ədəbsizliyə yönəldən başlıca səbəb böyüklərin ikiüzlülüyüdür.
Hərdən dayanaraq, doğruluğuna çoxdan inandığın şeylərə də şübhə ilə yanaşmaq çox faydalıdır.
339 öğeden 316 ile 330 arasındakiler gösteriliyor.