Məni gözəl xatırla..
Məni gözəl xatırla Bunlar son misralar Fərz et ki, bir külək idim, əsib keçdim həyatından Ya da bir yağmur, sel oldum çöllərdə Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın ve mən bitdim ... Məni gözəl xatırla! Sənə unudulmaz gecələr buraxdım Sənə ən yorğun sabahlar Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım Söylənməmiş "Salamlar" buraxdım hər küncə "Vidalar" buraxdım dayanacaqlara Nə axtararsan bir sevdanın içində Artıqlamasıyla buraxdım arxamda
Şiir
-Əhəmiyyətli olanlar gözlə görülənlər deyil. -Düzdür... -Mənim çiçəyim kimi. Əgər sevdiyin çiçək səmadakı bir ulduzda yaşayırsa, gecələr səmaya baxmaq insanı xoşbəxt edir. İnsana elə gəlir ki, bütün ulduzlar çiçəklənir.
Sayfa 102 - 3 Alma·Kitabı okudu
Kənan Rza - Ən gözəl Qadınlar
Ən gözəl qadınlar gündüzlər gülüb, Gecələr gözləri yaşla dolurmuş. Ən gözəl qadınlar sevgidən məhrum, Ən gözəl qadınlar tənha olurmuş. Taleyi əzəldən qara gətirir, Ömrünün cavanlıq çağın itirir. Həyatın ən gözəl bahar çağında Qəlbində qəm əkir, kədər bitirir. Ən gözəl qadınlar ən gözəl sevər, Amma ki, sevilməz sevdiyi qədər. Xəyanət acısı sızladar qəlbin, Bu nə cür yazıdı, bu nə cür qədər!? Ən gözəl qadını tanrı qısqanar, Ən gözəl qadını tanrı sevməzmiş. Ən gözəl qadına sahib olan kəs, Heyif ki, qədrini heç vaxt bilməzmiş. Ən gözəl qadınlar gündüzlər gülüb, Gecələr gözləri yaşla dolurmuş. Ən gözəl qadınlar sevgidən məhrum, Ən gözəl qadınlar tənha olurmuş.
Şiir
Söz atılan ox kimidir. Bir də geri qayıtmaz
Gecələr sanki otağım kiçilir və məni sıxırdı. Qəbirdə bunları hiss etmirdilərmi? Kiminsə ölümdən sonrakı hisslərdən xəbəri varmı?
Sayfa 86·Kitabı okuyor