"Kütləviləşən hər şey sadələşir," Bitti dedi. "Bir zamanlar kitablan çox az sayda insan oxuyurdu. Hərəsi də bir tərəfdə. Ona görə də kitablar fərqli ola bilirdilər. Dünya geniş idi. Lakin sonra dünya çoxlu gözlər, ağızlar və dirsəklərlə doldu-daşdı. Əhalinin sayı iki dəfə, üç dəfə, dörd dəfə artdı. Film və radiolar, jurnallar, kitablar da məlum səviyyəyə endilər. Nə demək istədiyimi anlayırsınız?"