salimat

salimat
@girlofironman
Vilmadan kiminlə yatmaq istədiyini soruşanda o, qardaşına tərəf qaçdı. Haynrix sevincdən pörtdü.
Sayfa 315Kitabı okudu
Reklam
Atası barədə fikirləşəndə kədərləndi. Çox cavan yaşında uzaqlarda həlak olmuşdu, gülümsəyirdi, ağzında qəlyan vardı, hansısa bir sözü demək iqtidarında deyildi.
Sayfa 200Kitabı okudu
"Spirited away"-dəki həmin səhnə
Buğlanan boşqablar, sümüklərin - uşaq sümüklərinin şaqqıltısı, gözə oxşayan qan-piy qarışığı, arıq qarınquluların tamahkarlıqla parıldayan gözləri, kök qarınquluların qan daman sifətləri... Xidmətçilər də elə hey bir ucdan yemək gətirirdilər. Onlar kəsilmiş, "parça-parça edilmiş" uşaqları bufetdən stollara daşıyırdılar. Yeməkləri hələ gəlməyənlər acgözlüklə xidmətçilərin yolunu gözləyirdilər.
Sayfa 147Kitabı okudu

Reader Follow Recommendations

See All
Nella kresloda oturub, gözlərini uzaq bir nöqtəyə zilləmişdi. Hərdən Albertə elə gəlirdi ki, o, yaranışından bəri burada oturur, əbədiyyətin özü qədər də oturacaq və "əbədiyyət" sözündə də onun bütün mənalarını, bütün siqlətini nəzərdə tuturdu. Tüstü ilə dolu otaqda yaşıl kresloya çöküb siqaret çəkir, uzaq bir nöqtəyə baxırdı. Qəhvə dəmlənmiş və isti qalması üçün qəhvədanı köhnə bir papağın altına qoymuşdu. Papağı qaldıranda Albertə elə gəldi ki, yaşıl rəngli qəhvədan bu otaqda yeganə əşyadır ki, təzə-tər görünür, çünki hər şey, hətta qonaqların gətirdiyi güllər də siqaretin tüstüsünə bələnmişdi, bəzilərinin heç kağızı da açılmamışdı, dəhlizdəki stolun üstünə atılıb qalmışdılar.
Haynrix üçün hər şey yavaş-yavaş aydınlaşmağa başladı. Sanki dərinliyi bilinməyən suyun üzərindəki nazik buz qatının üstü ilə gedirdi. Buz hələ qırılmamışdı, kömək də vardı, hamı təbəssümlə kənarda dayanıb gözləyirdi ki, buz qırılan kimi suya atılsın. Ancaq bu heç nəyi dəyişmirdi, buz nə vaxtsa qırıla bilərdi, suyun dərinliyi isə bilinmirdi.
Reklam
Reklam
71 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.