Çox qəribə idi Bakı. Ağ paltara bürünmüş bir şəhər. Qara kostyumlar, qara plaş və paltoları almağa öyrəşən millət də elə bil məcburi qar dənələri ilə ağarır. Sanki Allah öz fırçası ilə bu qara millətə daha ağ, daha təmiz olmağı çəkirdi.
-Sən onu niyə düşünürsən. Sən özünü düşün!
- Mən özümü düşünüm, sən özünü düşün, o özünü düşünsün, biz özümüzü düşünək. Bəs kömək, bəs insanlıq, bəs ədalət? Başqalarını bəs kim düşünsün?
Bizim üçün zaman donub.
Biz günahlarınızın cəzasıyıq.
Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq.
Sizi insanlar adlandırırdıq.
Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz.
Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır.
Sən onları sevirsən, sən onların təsirindəsən.
Sən onlardan qoruxursan, onlar səni sevir.
Onlar səni sevirsə deməli səni məhv ediblər.
Sənin gözlərin kordu.
Çünki görmək istəmirsən.
Sənin tanımadıqların sənə özgədir.
Sənin bilmədiklərin sənə yaddır.
Sən öyrəşdiklərindən iki əlli yapışırsan.
Sən anasına sarılmış uşaq kimisən.
Böyüməkdən qorxursan.