Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

152 syf.
·
Puan vermedi
Mikayıl Müşfiq haqqında kitab
2021in ilk kitabını bitirdim..Oxuduqca izah edilə bilməz hisslər keçirdim,zaman zaman üzümdə gülüş, bəzən də kədər yarandı.Kitabı dəyərli şairimiz olan Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanım Axundzadə qələmə almışdır. Əsərdə Mikayıl ilə Dilbərin tanış olması, uşaqlıq illərindən və birlikdə keçirdikləri həyatlarından bəhs edir.Kitabın sonluğuna doğru isə Dilbər xanımın "Müşfiqsiz günləri" əks olunub. Mikayıl Müşfiq hər zaman sevdiyim bir şair olmuşdur,hələ onun cəmi 31 yaşında repressiya qurbanı olması hər zaman düşündükcə kədərlənməyimə səbəb olmuşdur. Kitabda onların bir birinə qarşı rəftarı,hörmət etməsi,sevməsi və ayrılığı təsvir olunmuşdur. Kitabı sevməyimin əsas səbəbləri sevdiyim şairin həyatda necə biri olduğu, şeirlərinin bir hissəsinin yazılma hekayəsi və digər şair, yazıçılarla dostluğundan bəhs etməsidir. Mütləq oxumağı tövsiyə edirəm.Təsirindən uzun müddət çıxa bilməyəcəyiniz bir kitabdır.Xoş mütaliələr.
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019284 okunma
·
191 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.