Mənim payım.. Bəs bizim həyatdan payımız nədir? Bu pay ürəyimizcədirmi, həyatda bizi daha nə paylar gözləyir?..
Məsumənin həyat payı nə qədər acınacaqlı, kədərli, qəhərlə dolu olsa da, qətiyyəti, gücü, bir ana kimi sarsılmazlığı bir o qədər ibrətamiz idi... Kitabı oxumaq fikrim çoxdandır olmasına baxmayaraq, nədənsə önyarğı var idi içimdə, ərtələyirdim. Nəhayət, sonunda oxudum və indiyəcən oxumamış olmağımın üzüntüsünü çəkirəm. Sanki, 16 yaşıma qayıtdım, oxumağıma icazə olmadı, sevgim ürəyimdə qaldı, dostumdan ayrı düşdüm, üzünü görmədiyim biriylə zorla evləndirildim, intihara girişdim, ölə bilmədim və nə qədər çətinliklər... Dəhşət içində oxudum, oxuduqca yaşadım sanki hər birini.. Ama kitabı bitirib bağlayanda, qalib bir qadın kimi hiss etdim mən də. Qadın olmağın günah olduğunu düşünən bir cəmiyyətdə, ailədə, dimdik ayaqda durmağı bacarmışdı Məsumə. Bir daha qadının gücünü göstərdi bütün dünyaya onun həyat hekayəsi. Tək eşqini, övladlarına qurban verəcək qədər güclü idi..
Hər kəsin, xüsusuilə, hər qadının oxuması gərəkən möhtəşəm üstü bir həyat hekayəsi. Onun həyatı, kədərlərlə dolu, gerçək bir həyat idi.. Əlimdə olsaydı da, illər öncə 16 yaşlı Məsumənin əllərindən tutub düşdüyü bataqlıqdan çıxara bilsəydim kaş..