Gönderi

232 syf.
8/10 puan verdi
·
Read in 32 days
İnsan həqiqətləri tapmaq istəyirsə, bütün doqmalardan, bütün şərtləndirmələrdən, bütün inanclardan, boyun əydirən bütün avtoritetlərdən arınmış olmalıdır. Əslində tam mənasıyla müstəqil olmalıdır və bu çox çətin şeydir.Bu ağacların altında oturub axmaq söhbətlərə qulaq asmaq üçün maşınla çıxdığınız səhər gəzintisi deyil. Həqiqəti tapmaq böyük bir səbr, mülayimlik və tərəddütlər tələb edir. Sadəcə kitab oxumağın bir dəyəri yoxdur amma əgər dinlərkən diqqətinizi bütünüylə toplaya bilsəniz, o diqqətin sizi çabalamaqdan xilas etdiyini görəcəksiniz və zehnin heç bir istiqamətə hərəkət etmədən fövqəladə gözəllikdə və yaradıcıllıqda olanı, elmlə, keçmişlə ölçüləməyəcək olanı qavramağa qadir olduğunu görəcəksiniz. Həqiqi inqilabçı və dindar olan belə bir insandır çünki o artıq cəmiyyətin bir parçası deyil. İnsan hirsli, rəqabətcil olduğu müddətdə cəmiyyətin özüdür. İnsan xilas olmanın belə çətin olduğu zehniyyətlə tanrını axtarır amma bu axtarışın heç bir mənası yoxdur çünki bu bir şey olmaq, bir şey əldə etmək üçün göstərilən çabadan başqa bir şey deyil.
Dünya Bunalımda
Dünya BunalımdaJiddu Krishnamurti · Omega Yayınları · 201248 okunma
·
54 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.