Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

308 syf.
9/10 puan verdi
·
3 günde okudu
Mixaylo
Çepovani (Sloveniya) yaxınlığında indi də böyük bir məzar daşı var. Bu daşın üstündə aşağıdaki sözlər həkk olunub. "Rahat yat, Azərbaycanın qəhrəman oğlu, bizim sevimli Mehdimiz! Sənin azadlıq naminə göstərdiyin qəhrəmanlıq dostlarının qəlbində əbədi yaşayacaqdır". II Dünya müharibəsi zamanı faşist ordusuna qan uddurandan, böyük qələbəyə gedən yolu öz mərdliyi, qüvvətli qolları, kəskin ağlı, bacarığı və savadı ilə işıqlandıran ölməz qəhrəmanlardan biri, əfsanəvi partizan, kəşfiyyatçı Mehdi Hüseynzadənin - Mixaylonun həyatını qürur hissiylə oxudum. Əsərdə təsvir olunan hadisələr real tarixi hadisələrdir. Bu baxımdan əsər bioqrafik əsərlər kateqoriyasına daxildir. Baxmayaraq ki, bildiyim tarix idi və filmini dəfələrlə, həm iftixarla, həm də böyük kədər hissilə izləmiş olsam da, sonluğu bilsəm də, kitabı oxumaq indi nəsib oldu və yenə də göz yaşlarıma hakim ola bilmədim sonunda. Mehdinin cəsarəti, mədliyi, öhdəsinə götürdüyü işləri layiqlə yerinə yetirməsi fərəh hissi yaratdı qəlbimdə. Qəhrəmanlar cismən ölsələr də, ruhən, mənən əsla ölmürlər. Bu qədər zaman ötməsinə baxmayaraq o dəhşətli müharibədən, biz bu əsərləri oxuyub Mehdi və digər qəhrəmanların şücaətlərinə həm təəccüblənib, həm də fəxr edə biliriksə, bu onların əbədiyaşar olmasının ən bariz sübutudur. Mehdi rəssam olmaq istəyirdi. Onun bütün arzuları həyatın gözəlliklərini rəsm etmək, ədalətli bir cəmiyyət quraraq bütün insanların adil və bərabər bir dünyada yaşaması üçün çalışmaq idi. Müharibə və ölüm onun arzularını əlindən aldı. Lakin bəlkə də, heç xəyal etmədiyi bir zirvəyə ucaltdı. Qəhrəmanlıq, ölməzlik zirvəsinə... Səninlə qürur duyuruq ölməz qəhrəman. Xatirən əbədi qəlbimizdə yaşayacaq! Əsərin motivləri əsasında, ssenarisini də Həsən Seyidbəyli və İmran Qasımovun yazdığı eyniadlı (Uzaq sahillərdə) film çəkilib. İzləmək və ya təkrar izləmək istəyənlər üçün linkini bura yerləşdirirəm. Uşaqlığımdan bəri filmi dəfələrlə izləsəm də, yenidən izləyəcəyəm mən də. Bu dəfə artıq daha fərqli nəzərlərlə... youtu.be/zXDobgrMdqo
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
·
121 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.