Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

150 syf.
·
Puan vermedi
·
15 günde okudu
Salam əziz kitabsevərlər! Bugün sizinlə yeni oxuduğum " Bəyaz zanbaqlar ölkəsində" kitabı haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Kitab Finlandiyadan, bu ölkənin çətin təbii şərait və vəziyyətdə necə böyük uğurlar qazandığından bəhs edir. Bu kitab uzun müddətdir ki, oxuyacağım kitablar siyahısında idi və nəhayət oxumağa başladım. İlk vaxtlar məni nədənsə o qədər cəzb etmirdi ,lakin 20-25 səhifə sonra maraqla oxumağa başladım və həmin maraqla da kitabı bitirdim. İlk öncə onu qeyd edim ki kitabı çox qısa vaxt ərzində də oxuyub bitirə bilərsiz. Kitabı sevməmin əsas səbəbi, bir çox dahi şəxsiyyətlərdən bəhs etməsi oldu. Əsas olaraq onu göstərir ki, təhsilsiz Dövlət inkişaf edə bilməz. Təhsilin cəmiyyətə təsiri çox gözəl şəkildə əks olunub kitabda. Kitab Atatürk tərəfindən də tövsiyə olunmuşdur. Hər kəsə xoş mütaliələr!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999bin okunma
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.