Gönderi

218 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Maqsud İbrahimbəyovla tanışlığım 11-12 yaşlarıma təsadüf edir. “Bütün yaxşılıqlara görə ölüm” povestini oxuyarkən az qala yaşayırdım həmin hadisələri. Təbii ki, bunda yaşımın da böyük payı vardı. Uzun zaman yazarın əsərlərinin nəşr olunduğunu görmürdüm. Ta ki, yenidən nəşrləri başlayana qədər. Kitabdakı illüstrasiyalar da çox qəşəng idi. Bu kitabda iki povesti cəmlənib: “Qoy o, bizimlə qalsın” və “Bütün yaxşılıqlara görə ölüm”. Düşünürəm ki, yazarla orta məktəb çağlarında tanış olan kəslər daha şanslıdırlar, elə mənim özüm kimi. Amma nə zaman oxusanız gec deyil, yetər ki oxuyun. Məmnunəm, Maqsud İbrahimbəyov!
Qoy O, Bizimlə Qalsın
Qoy O, Bizimlə QalsınMagsud Ibrahimbeyov · Teaspress Nəşriyyatı · 202010 okunma
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.