Gönderi

"Bu nə deməkdir? Yalnız xəstə ilə danışmaqla da xəstə sağalarmı?" Bu isə onlarda uzaqgörənliyin və hadisələri ardıcıllıqla izləmək bacarığının olmamasından doğur. İşə baxın, indi həkimi qınayan bu qohumlar bundan öncə öz doğmaları olan bu xəstəni "özü üçün xəstəlik uydurmaqda" qınayırdılar. İnsanların keçmişdə sözlə ovsunladıqları vaxtlar arxada qalsa da, söz yenə də özünün möcüzəli təsirlərini saxlamaqdadır. Sözlə bir insan başqasının könlünü aça, ya da onun qanını qaralda bilər, müəllim öz biliklərini şagirdlərinə sözlərin yardımı ilə öyrədir, hansısa natiq sözün gücü ilə çoxsaylı insanların diqqətini özünə toplaya, onlarda bəlli bir düşüncə və rəylər yarada bilir. Bir sözlə, sözün çox güclü təsir qüvvəsi vardır və insanlar hamılıqla onun bu gücündən öz aralarında bir-birinə təsir edə bilmək üçün yararlanırlar.
·
27 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.