Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

440 syf.
9/10 puan verdi
·
5 günde okudu
Əsər tamamilə real hadisələr əsasında yazılıb. Yahudilərə qarşı etnik təmizləmə qurbanlarından bəhs edən əsər Sara və onun ailəsinin başına gətirilən hadisələr və 60 il sonrası qələmə alınıb .Müəllif öz qeydində bu kitabın tarixi əsər deyil , sadəcə sürgün olunmuş və heç vaxt geri qayıtmamış və sağ qalaraq baş verənləri danışmış uşaqlara, hədiyyəsi olduğunu qeyd edir. Əsər 1942 -ci ilin yayında yahudilərin Parisin mərkəzində fransızlar tərəfindən kütləvi şəkildə sürgün olunması və acınacaqlı şəkildə qətl olunmasından bəhs edir. Onların yeganə günahı yahudi olaraq dünyaya gəlmələri idi. Sara da ailəsi ilə birgə Velodrom d'Hvivə sürgün olunan yahudilərdən biri idi. Polislər evlərinə basqın edərkən, Sara qardaşını dolabda gizlədib, açar ilə bağlayır və geri qayıdacağına söz verir . Lakin.... İllər sonra jurnalist Culiya bu hadisələri araşdırmaq üçün təyin olunur. Araşdırma gedişatında Culiya Sara ilə onu birləşdirən bağlılığı ortaya çıxarır. İllər öncə Sara və ailəsinin yaşadığı mənzilin sonrakı sahibi Culiyanin həyat yoldaşının valideynlərinin olduğu gerçəyi ilə qarşılaşır .Həmin ev, bağlı qalmış dolab ... Olduqca maraqlı əsərdi #6avqust2020
Saranın Açarı
Saranın AçarıTatiana De Rosnay · Parlaq İmzalar · 2019104 okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.