Puan vermedi·112 syf.····Okunma: 28 Ocak 2021 06:05 İllər öncə oxuyub "nə maraqsız" kitabdır demişdim. İndi isə bütün dediklərimi geri alıram )). Kitab Conatan Livinqston adlı qağayının həyata olan mübarizəsindən bəhs edir. Belə ki, Conatan "olmaz"larla, "imkansız"larla razılaşmır və daim özünə inanaraq, öz üzərində işləyir. Bir çox insanlar bu kitabı uşaqlar üçün kitab adlandırsa da mən bu fikirlə razı deyiləm. Mənə görə bu kitab bir çeşid motivasiya kitabıdır. Qağayı Conatanın timsalında insan özünü görür. Daim xurafatlarla, bəzi "ənənələrlə" mübarizə aparan.. və bu yolda çətinliklərə rast gəlsə də yolundan dönməyən... Mənə görə hər insan ömründə 1 dəfə də olsa bu kitabı oxusun. Xoş mütaliələr!