10/10
·512 syf.··
Beğendi
·
2021 1. kitabı
SPOİLER Kristin Hannah... Bu dövrdə yazıb-yaşayan ən sevdiyim yazıçılardan biridir. Sevinci, kədəri, sevgini, dostluğu, bir sözlə, duyğuları və münasibətləri çox gözəl yazır. Xarakterin keçirdiyi hiss-həyəcanı oxuyucuya hiss elətdirə bilən yazıçılardandır. Bir neçə kitabını oxumuşam və çox sevmişəm yeni bitirdiyim "Kış bahçesi" də olanlardan biri oldu. Kitabda ana-qız münasibətlərindən, 2-ci dünya müharibəsindən, müharibənin gətirdiyi aclıq, səfalət, sevdiklərimizi almağından, sevginin dəyərindən bəhs olunur. Mere və Nina analarının soyuq, məsafəli sevgisilə böyüyən qızlardır. Onları bir arada tutan ataları və analarının gecələri bir hissəsini danışdığı nağıldır. Atalarının xahişilə uzun müddətdən sonra nağıl yenidən və sona qədər danışılır. Beləliklə, ana və qızların həyatı dəyişir. Əvvəlləri yavaş irəliləyən, getdikcə həyəcanlandıran və sonlarında təsirlənib bol-bol ağladan bir kitab.
Kış BahçesiKristin Hannah · Pegasus Yayınları · 20166bin okunma
·
2 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.