Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitab Paganizm adlı dinin bir qolu olan Wiccan Paganizmi ilə bağlıdır. Wicca tərcümədə "cadı, sehirbaz, büyücü" kimi tərcümə olunsa da bunların heç biri dəqiq tərcümə deyil. Cadı dedikdə hamımızın ağlına süpürgəli qoca qadınlar gəlir. Ama əslindəysə bir Wicca təbiətə bağlı olub, təbiətdən yaranıb təbiətə qayıdacağına inanan, Tanrıça və Tanrılara ibadət edən, kökü çox çox qədimə dayanan bir din sistemidir. Kitabda ən başdan etibarən, həmin dinin tarixi, ortaya çıxdığı illər, həmin illərdə yaranan hadisələr haqqında da geniş məlumat verir. Bir zamanlar Avropada baş tutan Cadı ovlarından da söz edilir. Bayramları, ritualları, bir wiccanın etməli olduğu hər şey qeyd edilib. Bu tip qədim dövrə dayanan dinlərin tarixi və inancları çox geniç olduğu üçün əsas məlumatlar internetdə qarışıq şəkildədir. Hər saytda bir məlumat var və hamısını axtarıb tapmaq çətinlik yaradır və yorucu olur. Bu kitabda isə sizə lazım ola biləcək hər şey bir yerə toplanıb. Əgər Wiccanın nə olduğunu, necə bir inanc sistemi olduğunu öyrənmək istəyirsinizsə həqiqətən çox yararlı ola biləcək bir kitabdır.
Kadim Cadılık Öğretisi
Kadim Cadılık ÖğretisiErhan Altunay · Destek Yayınları · 2020291 okunma
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.