·320 syf.····Okunma: 05 Şubat 2021 09:19 Əfqanıstan hansısa dövrdə xaosu ilə qarşılaşmaq istədiyim ölkələrdən biridir. Oxuyanlar niyəsə Xalid hüseyn kitabları ilə eyniləşdirir. Ancaq mövzunun eyni ölkədə yazılmağından savayı heç bir oxşarlıq yoxdur. Jurnalist müharibəni görmək üçün Əfqanıstana gəlir və orada bir kitab mağazası ilə rastlaşır. Mağaza Sultan adlı bir kitab kolleksionerinindir. Uzun müddət Sultanın evində qalır və Sultanın ailəsinin fonundan bütün Əfqanıstandakı 1990-2000-ci illər Əfqanıstanını təsvir edir. Əfqanıstanın o illərini kəşf etmək üçün maraqlı kitabdır, doğurdan da heç vaxt eşitmədiyim və rastlaşmadığım qatı qaydalarla tanış olmaq oxucu olaraq çətin bir təcrübə oldu. Ancaq Xalid hüseyn kitablarından daha real təsvirlərlə qarşılaşmaq daha maraqlı idi)