Puan vermedi·120 syf.··
2021 12. kitabı
Anar, mənim üçün əfsanəvi, hər yeni kitabında `bu ən sevdiyimdir` dediyim, daha sonra dönüb baxanda yox axı, digərlərini də çox sevirəm yazıçı. Çox xoşbəxtəm ki, bu gün onu məhz iş otağında, saatlarla dinləmək, beynimdə fırlanan suallarımı soruşmaq imkanım oldu. Ağ qoç, Qara qoç Anarın 2003cü ildə qələmə aldığı, dünya ədəbiyyat tarixində ilk dəfə ütopik (1.ci nağıl) və distopya (2.ci nağıl) janrlarının birləşməsindən, ahəngindən yaranmış əsərdir. Kitab siyasi dövrün (2003) bir az qarışıq olduğu dövrdə qələmə alınıb, mərhum prezident Heydər Əliyevin xəstə olduğu və prezident seçkilərinin olduğu zamanda qələmə alınıb. Odur ki, əsər bir qədər də Anarın seçkinin nəticəsində gedə biləcəyimiz iki alternativ reallığın təcəssümünü göstərir. 1.ci nağılda- Məlikməmmədin `Ağ qoç`un belinə atılıb işıqlı dünyaya çıxdığı hissədə Anarın arzuladığı, görmək istədiyi ideal, müstəqil və firəvan Azərbaycanı görürük. Bilmirəm ədəbiyyatın öncəgörlük bacarığındandır, yoxsa Anarın müdrikliyindən, 17il əvvəl yazıçı işğal altındakı torpaqlarımızın azadlığından, Şuşada Cıdır düzündəki Novruz şənliklərindən yazır. Mənim kitaba müraciətim isə elə təsadüfən 44 günlük müharibə ilə üst-üstə düşmüşdü. 1.ci nağılda nə qədər ideal Azərbaycanla qarşılaşırıqsa, 2.ci nağıl da bir o qədər kədərli və oxuması ağrılıdır. Burada Ağ qoç Məlikməmmədi `Qara qoç`un belinə tullayır və qoç da onu qaranlıq dünyaya aparır. Məlik Məmmədli Türkiyəyə 10 günlük ezamiyyətə getdiyi zaman siyasi çevriliş baş verir və Bakı 3 zonaya bölünür: Behişti Badi Kübə (yaşıl bayraqlı-Dindarlar), Baku Kommunası (qırmızı bayraqlı- Kommunistlər) və Baku Siti (city- göy bayralı- Demokratlar). Ən böyük bədbəxtlik onda baş verir ki, Məlik mühacir olur, ölkəsinə və ailəsinə nə qayıda nə də əlaqə saxlaya bilir, bəs deyilmiş kimi bütün ailə üzvləri bir-birindən ayrı düşüb yadlaşaraq ayrı zonalarda yaşayır. Bir zonanın vətəndaşının digər zonaya keçməsi, əlaqə saxlaması qəti qadağandır. Mən zövq alaraq oxudum, Xoş mütaliələr!
Ak Koç Kara KoçAnar Rızayev · Da Yayınları · 2005193 okunma
·
125 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.