Tarlan A. Latif

Tarlan A. Latif
@Miakowsky
215 okur puanı
Ocak 2020 tarihinde katıldı
9/10
·176 syf.··
Beğendi
·
2023 13. kitabı
Eulálio(gekon) Venturanın altereqosu idi, yoxsa paralel reallıqda onlar eyni insan/varlıq idilər? Bəlkə Eulalio elə Venturanın uydurmasıdır? Kitabda xoşbəxtlik, siyasət, sevgi, intiqam və s kimi
Edebiyat
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202236 okunma
9/10
·272 syf.··
Beğendi
·
2023 11. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Nisan 2023 00:09
“Bizi ayıran divarları aradan qaldırmaq və başqalarının girməsinə icazə vermək lazımdır. Onlar-bizik. Hər bir insan- bütöv bir bəşəriyyətdir”. 30 ilini dörd divar arasında insanlardan qorxaraq, hətta nifrət edərək keçirən, öldürdüb-basdırdığı torpaqda yetişdirdiyi tərəvəzlərlə həyatda qalan Ludunun hekayəsi sizin üçün maraqlı olar? 15-ci əsrdən Portuqaliyanın müstəmləkəsinə çevrilən Anqolanın azadlıq savaşını bir qadının simasından təqdim edir Jose Eduardo Aqualuza. Ludu insanlara nifrət edir və bunun səbəbi əsərin sonunda öz izahını tapır. Tarixi hadisələr, dövr müxtəlif obrazların hekayələri formasında danışılır. Fərqli obrazların həyat hekayələri bir-bir danışılır və sonda hər biri birləşərək Ludunun həyatında qaranlıq qalan anları işıqlandırır. “Anamın əllərindən çox uzaqdayam, necə uşaq ola bilərəm?” Biri unutsam yaşayacam, biri isə unutsam öləcəm qorxusunda olan iki obrazın hekayəsində sizcə kim qalib gəlib? Unutmalıyıq yoxsa yox? Ludunu həyata bağlayan Sabulu onda nəyi tapırdı? Anasını? Bəs Ludu onda nəyi tapırdı? İtirdiyi uşaqlığını ya uşağını? Amma tam olaraq düşünmürəm ki, Kutzeeni və Markesi qarışdırsaq Aqualuza çıxar ortaya. Məncə onun öz üslubu, axıcə qələmi və tərzi var.
Edebiyat
Unutmanın Genel TeorisiJose Eduardo Agualusa · Timaş Yayınları · 20181,484 okunma

Tarlan A. Latif

, bir kitap okudu
9/10
·176 syf.··
Beğendi
·
2023 13. kitabı
Jose Eduardo Agualusa
7.3/10 · 36 okunma
Ağıllı Qisas
7/10
·174 syf.··
Beğendi
·
2023 10. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Nisan 2023 00:07
Mahir bəyin ilk kitabı olan #agilliqisas kitabı və ədəbiyyata gəliş münasibətilə təbrik edirəm. Kitabı dilimizə Svetlana xanım tərcümə edib, Bookzone tərəfindən nəşr olunub. Həm tərcümə, həm də kitabın keyfiyyəti mükəmməldir. 2001-ci il Əkiz Qüllələrə olan hücumdan sonra Əfqanistana hücumu zamanı ailəsini itirən İsgəndərin qisas və qurtuluş hekayəsindən bəhs edir. Maraqlıdır ki, əsərin əvvəli çox düz və nəqli üslubda irəliləyir, lakin bir mərhələdən sonra daha maraqlı və axıcı hal alır. Düşünürəm ki, mən terrorla mübarizə, beynəlxalq təhlükəsizlik üzrə akademik təhsil aldığım üçün əsər mənim üçün bir qədər boşluqlardan ibarət idi. Bir də hadisələrin çoxunun “müsbət” sonluqla bitməsi inandırıcılıqdan uzaq səslənirdi. Başlanğıcda fərqli hekayələr kimi başlayıb, sona doğru birləşməsi və baş obrazın ətrafında cərəyan etməsi maraqlıdır. Lakin, düşünürəm ki, Gülay Lalə obrazı müəyyən hissələrdə İsgəndər obrazından daha güclüdür. Əsərdə ailə qisası, sevgi, qadın və insan hüquqlarının tapdalanması, siyasi qarşıdurmalar kimi mövzulara toxunulub.
Mahir
Mahir
Edebiyat
Ağıllı QisasMahir · İz Nəşriyyatı · 012 okunma