Gönderi

9/10
·176 syf.··
Beğendi
·
2023 13. kitabı
Eulálio(gekon) Venturanın altereqosu idi, yoxsa paralel reallıqda onlar eyni insan/varlıq idilər? Bəlkə Eulalio elə Venturanın uydurmasıdır? Kitabda xoşbəxtlik, siyasət, sevgi, intiqam və s kimi mövzular müxtəlif kontekstlərdə dərindən müqayisə olunur. Ədəbiyyat tarixində #gregorsamsa dan bəri hekayəni bu qədər uğurlu qeyri-insan nəql etməyib. Gekon ilə Venturanın yuxuları kəsişir, hər ikisi eyni yuxunu bölüşür, Gekon Venturanın səs-küylü həyatında öz kölgəlik həyatına rəng qatır, Ventura isə Gekonda onu dinləyəcək insanı tapır. Ventura genoloq olaraq insanlara arzuladığı yeni keçmiş bəxş edir. Ən maraqlısı isə Jose Buxmanın keçmişi, ona yeni bağışlanan keçmişdir. Amma onun həyatından soiler verməyəcəyəm! Anqolalı zənci albinos Feliks Ventura insanlara həqiqətən yeni keçmiş yaradırdı? Övladınıza gözəl gələcək verməlisiniz yoxsa təmiz keçmiş? Ventura Buxman üçün həqiqətən real keçmiş yaratmışdı? Yəni Yeva Miller həqiqi rəssam idi? Atasının məzarı mövcud idi? Buxman, Ventura və keçmişdə insan, reinkarnasiyası gekkon eyni insanlardır? Yoxsa altereqosu, alternativ dünyada eyni insan, ya elə uydurmadırlar? Albinos Ventura günəşi sevmədiyi kimi gekkonun da dərisini günəş yanıdırır, odur ki, tapdığı bütün yarıqlara, sərin yerlərdə gizlənir. “Given a choice between life and books…you must choose books!” ”I'm at peace, at last. I fear nothing. I yearn for nothing. I suppose you could call that happiness.” ”Imagine a young man racing along on his motorcycle, on a minor road. The wind is beating at his face. The young man closes his eyes, and opens his arms wide, just like they do in films, feeling himself completely alive and in communion with the universe. He doesn't see the lorry lunging out from the crossing. He dies happy. Happiness is almost always irresponsible. We're happy for those brief moments when we close our eyes.” ”Happiness is almost always irresponsible. We're happy for those brief moments when we close our eyes.” Jose Eduardo Agualusa
Edebiyat
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202236 okunma
·
207 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.