Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Keçmiş Satan Adam

Jose Eduardo Agualusa

Yorumlar ve İncelemeler

Tümünü Gör
176 syf.
6/10 puan verdi
·
8 günde okudu
Adını görüb çox həvəslə aldığım, hətta 1000kitap'a da mənim əlavə etdirdiyim, başlamaq üçün imtahanlarımın bitməsini gözləyib, daha ortalarında xəyal qırıqlığı yaşadığım bir kitab. Şərhə başlamadan öncə (zatən olduqca qısadır) mövzu haqqında bir az məlumat verim: Əsər Feliks Ventura adlı albinosun yaşadıqları, xüsusilə də, məşğul olduğu
Keçmiş Satan Adam
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202224 okunma
Reklam
176 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Təsəvvür edin ki, qarşınıza sizə bir keçmiş düzəldəcək, sizə yeni keçmişinizi satacaq insanla qarşılaşmısınız, necə hiss edərdiniz? Mən yəqin ki heç nə söz tapamazdım. Kitab da bu haqdadır, Feliks Ventura insanlara onların istədiyi kimi keçmiş hazırlayır, sadə və ya nəcabətli ailə yaradır insanlar üçün, ona müraciət edən şəxslərdən biri də Joze Buxmandır, ancaq kitabda bir fərqlilik də bizə hadisələri təhkiyə edən gekkon (kərtənkələ növü) Eliliyadır. Kitabı ümumiyyətlə alıntıları, fərqli mövzusuna görə çox bəyəndim, sadəcə kitabda olan qisa hekayələr, tez-tez fərqlənməsi, axıcılığının olmaması və bir fikrinə görə xal qırdım. #177612955 Mənim fikrimcə, burda ərəbləri, ya da yaponları bu qədər təsvir etməsi heç lazım deyildi, bu fikrində təsvir etməkdən çox sanki bu millətlərə rişxənd edirmiş kimi hiss etdirdi mənə. Onla yanaşı kitabı da tövsiyə etmək isə, öz seçiminizdi, oxusanız da, oxumasanız da bir şey itirməyəcəksiniz, hər kəsə xoş mütaliələr. :)
Keçmiş Satan Adam
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202224 okunma
176 syf.
5/10 puan verdi
·
5 günde okudu
Deməli bir adam düşünün hər kəsə keçmiş satır, başqa sözlə saxta sənədlərlə gözəl nəsil-nəcabət yaradır. Bir gün yanına müəmmalı bir müştəri gəldikdən sonra işlər qarışır və bəzi siyasi məsələlərə yer verilir. Biz isə bütün bu hadisələri evdəki gekkonun (kərtənkələ növü) bədənində yenidən təcəssüm edən yazıçı Borxesin dilindən oxuyuruq. Bəs satılsaydı siz özünüzə hansı keçmişi alardız?)
Keçmiş Satan Adam
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202224 okunma
176 syf.
7/10 puan verdi
Kitabı Mustafa sonuncu "Dartanyanlar" kitab klubu müzakirə toplanışında hədiyyə eləmişdi. Oradan ayeılandan sonra elə taksidəcə oxumağa başladım. Çox da bəyəndim. "Fabula" Nərşiyyatı dilimizə çox gözəl şeylər qazandırır. Kitab Anqolada portuqal müstəmləkəsindən qurtuluş hekayəsini danışır. Luanda şəhərində Ludu adlı portuqal qadın ölkədən qaça bilmir, üsyan çıxaran anqolalıların onu da digər poetuqallar kimi öldürəcəklərindən qorxur, çox mərtəbəli binadakı evinə sığınır, qapısını söküb yerinə daş divar hörür və 30 il dünyadan gizlənir. Aqualaza "Keçmiş Satan Adam" kitabındakı kimi burda da cümlələri incə toxuyub. Bənzətmələri o qədər incədi ki. Kitab sizi heç gözləmədiyiniz məqamda elə bir cümləsi ilə yaxalayır ki, reaksiya belə verə bilmir adam. Dünən gecə tez bitirib yatmaq istəyirdim, amma elə bir cümlədə ilişirdim ki, davam edə bilmirdim.. Dayanmalı olurdum. Bir neçə problem də var idi. Əvvəla kitab 170 səhifəlik əsər üçün hədaiz çox hadisə, hədsiz çox personaj daşıyır. Adlar o qədər uzun, o qədər anlaşılmaz idi ki, baş qəhrəman Lududan başqa heç kimi yadda saxlaya bilmədim. Anqolanın tarixinə dair o qədər xırdalıq var idi ki. Məsələ ondadı ki, bu müstəqillik hekayəsi əsas dünya tarixindən o qədər kənar hadisələrdi ki, insan yadda saxlamaq üçün bildiyi tarixi hadisələrlə əlaqələndirə də bilmir. Bunun xaricində bu müəllif çox gözəl anlar yaşatdı mənə iki kitabı ilə. Türkcə ya da almanca alıb oxumağa davam etməyəcəm, amma əlimə dilimizdə yenə keçsə, məmnuniyyətlə alacam.
Keçmiş Satan Adam
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202224 okunma
Reklam
176 syf.
9/10 puan verdi
·
Beğendi
Eulálio(gekon) Venturanın altereqosu idi, yoxsa paralel reallıqda onlar eyni insan/varlıq idilər? Bəlkə Eulalio elə Venturanın uydurmasıdır? Kitabda xoşbəxtlik, siyasət, sevgi, intiqam və s kimi mövzular müxtəlif kontekstlərdə dərindən müqayisə olunur. Ədəbiyyat tarixində #gregorsamsa dan bəri hekayəni bu qədər uğurlu qeyri-insan nəql etməyib.
Keçmiş Satan Adam
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202224 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.