Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Keçmiş Satan Adam

Jose Eduardo Agualusa

Sözler ve Alıntılar

Tümünü Gör
...indiki halım - içimdə belə bir şübhəm var - taleyin cəzası, istehzasıdır. Bəlkə də, bu belədir, amma ola da bilsin ki, bu, sadəcə əyləncə xatirinə edilib.
Sayfa 37 - Fabula NəşriyyatıKitabı okudu
"Heç vaxt sevməməkdən pis heç nə yoxdur".
Sayfa 36 - Fabula NəşriyyatıKitabı okudu
Reklam
Grammar Azi yeni bir söz paylaşanda :
...bəzi sözlərin istismardan çıxması narahat edirdi. O bu sözləri taleyin ümidinə tərk edilmiş hesab edir və onları yenidən həyata qaytarmağa çalışırdı. Müəllim bu sözlərdən nümayişkaranə şəkildə və təkidlə istifadə edirdi, bu da başqalarını təşvişə, bəzilərini isə çaşqınlığa salırdı.
Sayfa 31 - Fabula NəşriyyatıKitabı okudu
Yadımdadır ki, mən hər dəfə ağzımda acı dadla yuxudan ayılırdım və kədərdən ürəyim sıxılırdı. Mənə elə gəlir ki, o zamanlar bu, bir ehtiyat tədbiri idi. İndi isə, çox güman ki, bir təsdiqdir. Amma bu nə olursa-olsun, mən artıq narahatlıq hiss etmirəm.
Sayfa 34 - Fabula NəşriyyatıKitabı okudu
"Adlar insanın taleyidir."
- Bir dəstə silahlanmış əyyaş, quldur zorla evə soxulublar, hamını döyməyə başlayıblar. Komandirləri qarıdan adını soruşub. Qadın: "Esperansa Job Sapalalu, cənab", - deyə cavab verib, o isə bu cavabdan uğunub gedib. Sonra da arvadı məsxərəyə qoyub: “Ümid ən sonda ölür", - deyib. Müxalifət liderini ailə üzvləri ilə birlikdə evin həyətinə düzüb hamısını güllələyiblər. Sıra qoca Eşperansaya çatanda məlum olub ki, güllə qurtarıb. "Logistikaya sağ ol deyərsən, - komandir ona tərəf bağırıb, - bizim əbədi problemimizdir..." Sonra da onu azad buraxıblar. O vaxtdan bəri arvad elə bilir ki, ölümsüzdür. Ölümün ona gücü çatmaz. Bəlkə də, doğrudan da, elə belədir?!
Sayfa 18 - Fabula NəşriyyatıKitabı okudu
Reklam
Qoca Esperansa hərdən nəvələrindən ən kiçiyini də özü ilə gətirir. O, uşaqları keçmiş zamanlardan bəri buralarda necə edirdilərsə, eləcə kürəyinə bağlayıb gəzdirir. Bütün işlərini də elə bu vəziyyətdəcə görür. Yer süpürür, kitabların tozunu alır, yemək bişirir, pal tar yuyub-ütüləyir. Başını onun kürəyinə söykəyən körpə isə nənəsinin ürək döyüntüsünü, bir də istiliyini hiss edib lap ana sının bətnindəymiş kimi yuxuya gedir. Məni də evə bağlayan buna bənzər bir hissdir.
Sayfa 14 - Fabula NəşriyyatıKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.