Fransız yazar Mauriac yaradıcılığında məhəbbət mövzusuna geniş yer ayırmış və müxtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışmışdır. Lakin xristian əxlaqının tələbləri hər dəfə sona qədər gözlənilmədiyindən müəllifin bir sıra əsərləri katolik kilsəsinin qəzəbinə tuş gəlmişdi. Bu kitabda isə yazarın "Keçmiş zamanların yeniyetməsi" və "Sevgi səhrası" əsərləri daxil edilmişdir.