Hamid Babayev

Hamid Babayev
@kendinfilosofu
14 Ocak 1996
37 okur puanı
Ekim 2022 tarihinde katıldı

Hamid Babayev

, bir kitap okudu
10/10
·360 syf.·
Beğendi
·
2026 1. kitabı
Markus Zusak
8/10 · 6,3bin okunma
Reklam
10/10
·47 syf.··
Beğendi
·
2024 5. kitabı
Az yazıçı belə bir uğura nail olur: elə əsərlər yazmaq ki, 20 il, 30 il, 50 il sonra da oxunmağa dəyər görülsün. Amma az oxucuya da bu qismət olur: o yazıçını öz dövründə tanıyıb dəyər vermək. Hər ikimizə afərin. Claire Keegan bir gün Nobel mükafatını alacaq. Bu kitabı 1000k'da oxuyan yeganə oxucunun ilk şərhini də beləcə yada salmış olarsınız "Nobel" mükafatı alanda.
So Late in the DayClaire Keegan · Faber Faber · 202310 okunma

Hamid Babayev

, bir kitap okudu
10/10
·47 syf.··
Beğendi
·
2024 5. kitabı
Claire Keegan
10/10 · 10 okunma
dəniz
10/10
·220 syf.··
Beğendi
·
2024 4. kitabı
Az getdik, çox getdik, dərə-təpə düz getdik, nəhayət ki, altıncı kitabımızı da çapa göndərdik. Ürəyim çox böyük fərəh hissi ilə döyünür! İlk 5 kitabda çəkdiyimiz zəhməti təkcə bu kitab üçün çəkdik, yəqin ki. Bu cür kitabı dilimizə qazandıran nəşriyyat olduğumuz üçün çox sevinirəm. Bir neçə səbəbi var: John Banville İrlandiya ədəbiyyatının yaşayan əfsanəsidir. Dəfələrlə "Nobel" mükafatını qazanmağa çox yaxınlaşıb, yaşadıqca da o şans böyüməyə davam edəcək. İngilis dilində yazan yazıçılar arasında dilin estetik tərəfinə üstünlük verən, cümlələrini diqqətlə seçən çox az saylı yazıçılardandır, əsl ustaddır. "The Man Booker" mükafatını 2005-ci ildə qazanıb elə bu kitabla, 2011-ci ildə "Kafka" mükafatını layiq görülüb. Əlqərəz, Banville qocaman və möhtəşəm yazıçıdır. Hər cümləsində bu cür gözəllik olan kitabı, müəllifi ancaq Azərbaycan dilini dərindən bilən tərcüməçiyə etibar etmək olardı, Anvar Ahmadi o qədər gözəl iş ortaya qoydu ki, oxuduqca bu kitabın orijinal dilinin də Azərbaycan dili olduğunu düşünür insan. Kitabı 4 dildə oxudum: ingilis, alman, türk və Azərbaycan dili. Tam səmimiyyətlə deyirəm ki, orijinalı və Azərbaycan dilindəki halı eyni dərəcədə estetik və mükəmməldirlər. Mən Anar müəllimdən çox şey öyrəndim, Azərbaycan dilini daha da sevdim. Ümidvaram ki, daha çox kitab onun vasitəsilə dilimizə qazandırılacaq. Hər abzasında ayrı gözəllik var, elə bir təhkiyə hissəsi yoxdur ki, altını xətləmək istəyəcəyim cümlə olmasın. Ümidvaram ki, oxucular da mənim sevdiyim qədər bəyənəcəklər kitabı. Əlimizdən gələnin ən yaxşısını etmək istəmişik. Əminəm ki, zamanla daha da yaxşısını etməyi bacaracağıq. Hamınıza nuş olsun!
Roman
DənizJohn Banville · Nebula Publishing House · 2005242 okunma