Hamid Babayev

Hamid Babayev
@kendinfilosofu
10/10
·47 syf.··
Beğendi
·
2024 5. kitabı
Az yazıçı belə bir uğura nail olur: elə əsərlər yazmaq ki, 20 il, 30 il, 50 il sonra da oxunmağa dəyər görülsün. Amma az oxucuya da bu qismət olur: o yazıçını öz dövründə tanıyıb dəyər vermək. Hər ikimizə afərin. Claire Keegan bir gün Nobel mükafatını alacaq. Bu kitabı 1000k'da oxuyan yeganə oxucunun ilk şərhini də beləcə yada salmış olarsınız "Nobel" mükafatı alanda.
So Late in the DayClaire Keegan · Faber Faber · 202310 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
dəniz
10/10
·220 syf.··
Beğendi
·
2024 4. kitabı
Az getdik, çox getdik, dərə-təpə düz getdik, nəhayət ki, altıncı kitabımızı da çapa göndərdik. Ürəyim çox böyük fərəh hissi ilə döyünür! İlk 5 kitabda çəkdiyimiz zəhməti təkcə bu kitab üçün çəkdik, yəqin ki. Bu cür kitabı dilimizə qazandıran nəşriyyat olduğumuz üçün çox sevinirəm. Bir neçə səbəbi var: John Banville İrlandiya ədəbiyyatının yaşayan əfsanəsidir. Dəfələrlə "Nobel" mükafatını qazanmağa çox yaxınlaşıb, yaşadıqca da o şans böyüməyə davam edəcək. İngilis dilində yazan yazıçılar arasında dilin estetik tərəfinə üstünlük verən, cümlələrini diqqətlə seçən çox az saylı yazıçılardandır, əsl ustaddır. "The Man Booker" mükafatını 2005-ci ildə qazanıb elə bu kitabla, 2011-ci ildə "Kafka" mükafatını layiq görülüb. Əlqərəz, Banville qocaman və möhtəşəm yazıçıdır. Hər cümləsində bu cür gözəllik olan kitabı, müəllifi ancaq Azərbaycan dilini dərindən bilən tərcüməçiyə etibar etmək olardı, Anvar Ahmadi o qədər gözəl iş ortaya qoydu ki, oxuduqca bu kitabın orijinal dilinin də Azərbaycan dili olduğunu düşünür insan. Kitabı 4 dildə oxudum: ingilis, alman, türk və Azərbaycan dili. Tam səmimiyyətlə deyirəm ki, orijinalı və Azərbaycan dilindəki halı eyni dərəcədə estetik və mükəmməldirlər. Mən Anar müəllimdən çox şey öyrəndim, Azərbaycan dilini daha da sevdim. Ümidvaram ki, daha çox kitab onun vasitəsilə dilimizə qazandırılacaq. Hər abzasında ayrı gözəllik var, elə bir təhkiyə hissəsi yoxdur ki, altını xətləmək istəyəcəyim cümlə olmasın. Ümidvaram ki, oxucular da mənim sevdiyim qədər bəyənəcəklər kitabı. Əlimizdən gələnin ən yaxşısını etmək istəmişik. Əminəm ki, zamanla daha da yaxşısını etməyi bacaracağıq. Hamınıza nuş olsun!
Roman
DənizJohn Banville · Nebula Publishing House · 2005265 okunma
7/10
·248 syf.··
2023 56. kitabı
Açığı, gözləntim tamam başqa idi, səbəbi də müəllif deyil, digər oxuyuculardı. Çox gözəl söz seçimləri var müəllifin bir çox yerlərdə. Amma parçalara böləndə o gözəlliyi görmək olur, bütöv halında kitab məndə yarımçıqlıü duyğusu oyandırdı. Əvvəla personajlar inandırıcı deyil, Şahmar və Firuz bir-birinin oxşarıdılar. "İkisinin xəmiri, ya mayası eynidi" şəklində oxşarı yox, iki personajın da düşünüş dili eynidi, bütün söyüşkənliyə rəğmən. Fərqli davam edilə bilinəcək çox nöqtə vardı, amma müəllif bu cürünü seçib. İkincisi, sujet çox gözəl irəliləyirdi, amma bıçağın öz vəzifəsini yerinə yetirdiyi hissədən sonra istiqamət tamam dəyişdi. 7.5 imdb ballı müəllim-şagird mövzulu filmdən 6.1 imdb ballı qəribə bir şeyə çevrildi. İzləməsən də olar, amma izləyəndə də ağzında yarımçıqlıq dadı qalır. Kitabdakı büten adlar möhtəşəm seçimlər idi. Məni Azərbaycanda baş verən istənilən hadisəni bədiiyyat içində oxumaqdan soyudan şeylərdəndi bu, məsələn. Hər şey məişşət zəmininə enir. Günel xaric büten adlar çox orijinal idilər. Sonluğu sevmədim. Qəti sevmədim. O bıçağın parçalanmağının bir qarşılığı olmalıydı. 16 il çətin həyat yaşayan uşaq əvvəl uşaq kalonunda, sonra həbsxanada vaxt keçirəndən sonra ordan yetişib çıxmır. Bir hippi sözünə görə diş biləyən uşaq özünküləşdirdiyi bir bıçağın taleyi ilə maraqlanmadan Hüseyn Cavid diliylə sonluq verəndə inandıcırıcılıq itir. Amma bütöv halında kitabı oxumağıma peşman olmadım, yeni nə yazsa, oxuyacam. Bu yazıçıda işıq var, özünü oxutdurur, sadəcə Azərbaycandakı hər yazıçının düşdüyü o tələyə düşməməlidir: dilə diqüət yetirib, pafoslu olmağa çalışmamalı, suket qurmaq üçün də enerji sərf eləməlidir. Uğurlar!
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202356 okunma
9/10
Bu "Dartanyanlar" kitab klubunun bu il üçün ilk aylıq müzakirə kitabıdı. Tezliklə ekranlarda!!!1! Dostlar, ürəyim çox doludu. Danışmağa çox sözüm var. Hamsını deməməyə çalışacam ki, kitab klubumuzçün də nəsə qalsın, amma fikrimin ana xətti bəllidi: Bu kitabın, bu müəllifin müzakirəsində ən böyük həvəs, maraq göstərən mən olsam da, kitabı bəyənmədim. Kitab iki böyük alman aliminin həyatından bəhs edir. Yarı bioqrafik romandı guya. Karl Gauss(o məktəbdən qovulub sonra özündən riyaziyyat kəşf edən camaatın uşağı) və Amerikanı başdan-ayağa gəzib dolaşan Alexander von Humboldt. Alexander dağ-dərə qoymur, ölçmək həvəsi göstərir və yol onu Amerikaya aparır, baron balasıdı. Gauss isə kəndçi balasıdı və Almaniyanı(o dönəmki adı ilə Prussiyanı) tərk etmir və evindən əvvəl Almaniyanı, sonra da ulduzları ölçür. Biri kəşf eşqi uğruna səyahətə çıxır, digəri pul qazanmaqçün əhali sauımından ölüm yaş ortalamasına kimi ölçür. Kitab.. bundan ibarətdi. Bu iki adamın yolunu zorla kəsişdirməyə çalışdırır müəllif. Zorla deyirəm çünki bu insanlar real şəxsiyyətlərdi. Və bir həddən sonra inandırıcılığını itirir çünki müəllif həddindən çox özünün əlavələrini edir kitaba. Olduq-olmadıq yerlərdə sırf olsun deyə kitaba digər məşhur almanları salır: Emanuel Kant, Goethe, Schiller və.s. Daniel Kehlmann'a "Şöhrət" adlı romanı ilə aşiq olmuşam. Mükəmməl əsər idi. Bu kitab isə.. kitabı tərcümədən oxumaq kitabın haqqını ödəməyəcək. Kehlmann çox xüsusi bir üslub seçib kitabda və bu tamamilə alman dili qrammatikasıyla bağlıdı. Feilin bəlli bir şəklini istifadə edir anlatım şəklində, bunun qarşılığı azərbaycanca vasitəli nitq kimi düşünülə bilər, amma deyil. Ona görə tərcümədə kitab tam haqq etdiyi qarşılığı görməyəcək, təəssüf. Mən almancasını oxudum, amma nə etmək olar, tərcümədə oxuyanlar üçün
Dünyanın arşınıDaniel Kehlmann · Teas Press · 0169 okunma
7/10
·186 syf.··
2022 22. kitabı
Bir neçə önəmli məsələ: Arada düşünürəm, alman ədəbiyyatının mihəng daşları alman deyillər. Daha çox Avstriya mənşəyi olan yazıçılardı. Alman ədəbiyyatında iz qoymuş şəxslər Almaniyanın şərqindəndi. Qərbi Almaniya(ya da Berlin Divarının uzaq qərbi) ədəbiyyata niyəsə ciddi iz qoymayıb. Bəlkə də müharibələr, bərabərsizliklər və çatışmazlıqlar incəsənət yetişdirir. İncə olmur, amma effektiv olur. Kitab bir növ qətl romanıdı. Elə bir romandı ki.. Əvvəl romandan danışım, sonra Elxan Elatlıya söz soxaram. Nasistlərin hakimiyyəti daha yeni ələ keçirdiyi dövrdə gənc bir müəllim yeniyetmə oğlan şagirdlərin inşalarını yoxlayır və bir inşadakı "Zənci" ifadəsini irad tutur. Qaradərililər barədə aşağılayıcı ifadələr işlətməyin doğru olmadığından danışır və bir anda bütün sinif ona qarşı durur. Bu kitab müharibə dönəmi alman gəncliyi haqqındadı. Almanların az qala 100 ildi ki, cavablamağa, empatiya qazandırmağa çalışdıqlaeı peoblemin hələ 1930cu illərin əvvəlindəki ilk nümunəsidi: Niyə alman xalqı faşizmə yox demədi? Əlqərəz, müəllim siniflə fərqli qütblərə çəkilir, uşaqları başa düşməyə çalışır, Taneı haqqında danışır və sinif nasist kampına gedəndə başçılıq etməli olur. Uşaqlae kampda ilk hərbi təlimlərini görməli, atış poliqonlaeında məşq eləməlidir. Və bir qətl törədilir. Beləcə kitab bir sosiopolitik romandan bir kriminal romana doğru yol alır. Müəllim vicdan, qorxu, çarəsizlik, Tanrı mühakiməsi, maraq və şəhvət arasında ciddi bir çətinliyə düşür. Kitab şedevr bir roman deyil. Kitab çox yaxşı romandı. Bir neçə səbəbim var bunun üçün: Əvvəla kitab faşizm Almaniyanı hələ tam ağuşuna almamışdan qabaq yqzılıb və müəllifin necə uzaqgörən olduğunu göstərir. Olduğu cəmiyyətin 10 il sonrakı peoblemini öngörüb, bu barədə vicdani narahatlıq duyub və personajlaeını hələ yaşanmamış
Tanrısız GençlikÖdön Von Horvath · Jaguar Kitap · 20164,715 okunma