Hamid Babayev

Hamid Babayev
@kendinfilosofu
Hər şeyi izah etmək olmur. Heç müharibəni də, üstəlik, əgər uşaqları öldürürsə.
Küləkdə sovrulanlar..
Amma niyə insan zamanın öz işini görə bilmədiyi bir ölkədə yaşamalıdır? Boyanın qopmağa, pərdələrin saralmağa, boşqabların qırılmağa vaxtı qalmır. Heç nə öz vaxtında yaşanmır, yaşayanlar həmişə ölülərdən daha astadır. Kişilərimiz arvadlarından tez qocalır. Tütün yarpağı kimi quruyurlar. Onların sümüklərini birgə saxlayan nifrətdir. Nifrətsiz yerlə bir olar, heç vaxt ayağa qalxa bilməz, küləkdə sovrulub gedərlər."
Nebula, Tamara·Kitabı okudu
Həyat ədalətli deyil..
– Əsərimdəki uşağın ölməsini istəmirsən, hə? Amma necə xilas ola bilərdi ki? – Bu, ədalətli deyil. – Bilirəm. Müharibə ədalətsizdir.
Qəhvə zibil dadırdı. Bu içkinin fəlsəfəsini hələ də anlaya bilməmişdi. Bəlkə də, bu içkinin, ümumiyyətlə, fəlsəfəsi yox idi, ancaq yaxın dostu həmişə deyərdi: Qəhvə içki sayılacaq qədər aciz deyil, qəhvə ətirdir, qəhvə məşuqədir. Kimləsə qarşılıqlı qəhvə içəndə sən içkinə “xəyanət” edirsən, çünki ən azı bir nəfər sənlə qəhvənin arasına girir, sizin ikili münasibətinizi üçbucağa çevirir. Ölümcül üçbucağa. Ona görə də, əgər rastınıza qəhvə həvəskarı olub Starbucks görəndə məşuqəsini xatırlayan adamlar çıxsa, onlardan uzaq qaçın. Axı onlar məşuqələrinə də xəyanət edirlər…
Sayfa 12·Kitabı okudu
– Bilirsən, niyə onunla dibə vurdun? – Nil Corca bir şillə ilişdirdi, – çünki xoşbəxtliyi dibdə axtarırsan. Üfüqi yox, şaquli istiqamətdə. Özü də ki üzü aşağı. Sən quyunun dibində son görürsənsə, onda deməli, üfüqə baxmaq istəmirsən.
Sayfa 69·Kitabı okudu