Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
7/10 puan verdi
Kitabı Mustafa sonuncu "Dartanyanlar" kitab klubu müzakirə toplanışında hədiyyə eləmişdi. Oradan ayeılandan sonra elə taksidəcə oxumağa başladım. Çox da bəyəndim. "Fabula" Nərşiyyatı dilimizə çox gözəl şeylər qazandırır. Kitab Anqolada portuqal müstəmləkəsindən qurtuluş hekayəsini danışır. Luanda şəhərində Ludu adlı portuqal qadın ölkədən qaça bilmir, üsyan çıxaran anqolalıların onu da digər poetuqallar kimi öldürəcəklərindən qorxur, çox mərtəbəli binadakı evinə sığınır, qapısını söküb yerinə daş divar hörür və 30 il dünyadan gizlənir. Aqualaza "Keçmiş Satan Adam" kitabındakı kimi burda da cümlələri incə toxuyub. Bənzətmələri o qədər incədi ki. Kitab sizi heç gözləmədiyiniz məqamda elə bir cümləsi ilə yaxalayır ki, reaksiya belə verə bilmir adam. Dünən gecə tez bitirib yatmaq istəyirdim, amma elə bir cümlədə ilişirdim ki, davam edə bilmirdim.. Dayanmalı olurdum. Bir neçə problem də var idi. Əvvəla kitab 170 səhifəlik əsər üçün hədaiz çox hadisə, hədsiz çox personaj daşıyır. Adlar o qədər uzun, o qədər anlaşılmaz idi ki, baş qəhrəman Lududan başqa heç kimi yadda saxlaya bilmədim. Anqolanın tarixinə dair o qədər xırdalıq var idi ki. Məsələ ondadı ki, bu müstəqillik hekayəsi əsas dünya tarixindən o qədər kənar hadisələrdi ki, insan yadda saxlamaq üçün bildiyi tarixi hadisələrlə əlaqələndirə də bilmir. Bunun xaricində bu müəllif çox gözəl anlar yaşatdı mənə iki kitabı ilə. Türkcə ya da almanca alıb oxumağa davam etməyəcəm, amma əlimə dilimizdə yenə keçsə, məmnuniyyətlə alacam.
Keçmiş Satan Adam
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202224 okunma
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.