Qisas, yoxsa xilas...

Ağıllı Qisas

Mahir
Yazar:
Mahir
Tahmini Okuma Süresi:
4 sa. 56 dk.
Sayfa Sayısı:
174
İlk Yayın Tarihi:
2022
Yayınevi:
İz Nəşriyyatı
Orijinal Adı:
The Cerebral Retaliation
ISBN:
9789952551167
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Ağıllı Qisas
10/10
·174 syf.··
Beğendi
·
2024 2. kitabı
Öncəliklə onu demək istərdim bu kitabın yazarı aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin qazisi mayor Hüseynov Mahir müəllimdir. Kitabda yazının bu qədər savadla olmasını diqqətlə oxuyan hər bir oxucu sezə bilər. Deyərdim bu kitab oxuduğum ən maraqlı kitablardan biridir. Çünki heç bir səhifəsində sıxıcı gələn cümlə yox idi. Müəllifin növbəti kitablarını səbrsizliklə gözləyirəm. Mahir
Ağıllı QisasMahir · İz Nəşriyyatı · 012 okunma
6/10
·174 syf.··
2023 17. kitabı
·
25 saatte okudu
·
Okunma: 24 Mart 2023 00:00
— Fəzilət uğrunda döyüş həmişə çətin olur .. “ deyir Mahir Bir yolculuq düşünün; addım-addım, bəlkə bir az yorularıq, bir az məsafə aralıqları bizim üçün sıxıcı gələr ancaq bütün bunları çox da hissetdirməyən bir mənzərə və nəticə var zehnimizdə. İlk əsəri Ağıllı Qisas ilə qələmini; tarix qoxan, bir balaca psixoloji yanaşmaların olduğu, hərb şəraitində münasibətlərin tənzimlənməsindən bəhs edən sətirlərlə tanış edən müəllif; Pakistan, Əfqanıstan ölkələrinə məxsus, müxtəlif adət-ənənə və kəlimələrlə, əsərə biraz daha maraq qatır deyərdim. Məsələn; Pakistanda ordunun kiçik hərbi rütbəsi “Sepoy” adlanır. Və bir neçə lüğət çıxarası olsaq Beta - oğul, Masher - başçı Afsoosnak khabar - təəssüfləndirici xəbər Xor - bacı (puştuca) #alıntı / • Fikirlərinizin tutarlığına irad tuta bilmərəm, sadecə öz nöqteyi-nəzərimdən çıxış edə bilərəm. • - Fədai nə deməkdir? + Birinin başqaları üçün, ya da müəyyən səbəb naminə öz həyatını fədakarcasına qurban verməsidir. “Həyatımızı kimdən ötrü qurban veririk və müəyyən dediyin o səbəb nədir?” ____________ • Çay / qəhvənizin yanında oxuyabiləcəyiniz bir kitabdır Ağıllı Qisas Oxuyacaq olanlara isə gözəl mütaliələr diləyirəm. • Kitabla qalın 1000Kitap ailəsi! •
Edebiyat
Ağıllı QisasMahir · İz Nəşriyyatı · 012 okunma
Ağıllı Qisas
7/10
·174 syf.··
Beğendi
·
2023 10. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Nisan 2023 00:07
Mahir bəyin ilk kitabı olan #agilliqisas kitabı və ədəbiyyata gəliş münasibətilə təbrik edirəm. Kitabı dilimizə Svetlana xanım tərcümə edib, Bookzone tərəfindən nəşr olunub. Həm tərcümə, həm də kitabın keyfiyyəti mükəmməldir. 2001-ci il Əkiz Qüllələrə olan hücumdan sonra Əfqanistana hücumu zamanı ailəsini itirən İsgəndərin qisas və qurtuluş hekayəsindən bəhs edir. Maraqlıdır ki, əsərin əvvəli çox düz və nəqli üslubda irəliləyir, lakin bir mərhələdən sonra daha maraqlı və axıcı hal alır. Düşünürəm ki, mən terrorla mübarizə, beynəlxalq təhlükəsizlik üzrə akademik təhsil aldığım üçün əsər mənim üçün bir qədər boşluqlardan ibarət idi. Bir də hadisələrin çoxunun “müsbət” sonluqla bitməsi inandırıcılıqdan uzaq səslənirdi. Başlanğıcda fərqli hekayələr kimi başlayıb, sona doğru birləşməsi və baş obrazın ətrafında cərəyan etməsi maraqlıdır. Lakin, düşünürəm ki, Gülay Lalə obrazı müəyyən hissələrdə İsgəndər obrazından daha güclüdür. Əsərdə ailə qisası, sevgi, qadın və insan hüquqlarının tapdalanması, siyasi qarşıdurmalar kimi mövzulara toxunulub. Mahir
Edebiyat
Ağıllı QisasMahir · İz Nəşriyyatı · 012 okunma