Tarlan A. Latif

Tarlan A. Latif
@Miakowsky
215 okur puanı
Ocak 2020 tarihinde katıldı
9/10
·176 syf.··
Beğendi
·
2023 13. kitabı
Eulálio(gekon) Venturanın altereqosu idi, yoxsa paralel reallıqda onlar eyni insan/varlıq idilər? Bəlkə Eulalio elə Venturanın uydurmasıdır? Kitabda xoşbəxtlik, siyasət, sevgi, intiqam və s kimi
Edebiyat
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202236 okunma
9/10
·272 syf.··
Beğendi
·
2023 11. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Nisan 2023 00:09
“Bizi ayıran divarları aradan qaldırmaq və başqalarının girməsinə icazə vermək lazımdır. Onlar-bizik. Hər bir insan- bütöv bir bəşəriyyətdir”. 30 ilini dörd divar arasında insanlardan qorxaraq, hətta nifrət edərək keçirən, öldürdüb-basdırdığı torpaqda yetişdirdiyi tərəvəzlərlə həyatda qalan Ludunun hekayəsi sizin üçün maraqlı olar? 15-ci əsrdən Portuqaliyanın müstəmləkəsinə çevrilən Anqolanın azadlıq savaşını bir qadının simasından təqdim edir Jose Eduardo Aqualuza. Ludu insanlara nifrət edir və bunun səbəbi əsərin sonunda öz izahını tapır. Tarixi hadisələr, dövr müxtəlif obrazların hekayələri formasında danışılır. Fərqli obrazların həyat hekayələri bir-bir danışılır və sonda hər biri birləşərək Ludunun həyatında qaranlıq qalan anları işıqlandırır. “Anamın əllərindən çox uzaqdayam, necə uşaq ola bilərəm?” Biri unutsam yaşayacam, biri isə unutsam öləcəm qorxusunda olan iki obrazın hekayəsində sizcə kim qalib gəlib? Unutmalıyıq yoxsa yox? Ludunu həyata bağlayan Sabulu onda nəyi tapırdı? Anasını? Bəs Ludu onda nəyi tapırdı? İtirdiyi uşaqlığını ya uşağını? Amma tam olaraq düşünmürəm ki, Kutzeeni və Markesi qarışdırsaq Aqualuza çıxar ortaya. Məncə onun öz üslubu, axıcə qələmi və tərzi var.
Edebiyat
Unutmanın Genel TeorisiJose Eduardo Agualusa · Timaş Yayınları · 20181,485 okunma
Ağıllı Qisas
7/10
·174 syf.··
Beğendi
·
2023 10. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Nisan 2023 00:07
Mahir bəyin ilk kitabı olan #agilliqisas kitabı və ədəbiyyata gəliş münasibətilə təbrik edirəm. Kitabı dilimizə Svetlana xanım tərcümə edib, Bookzone tərəfindən nəşr olunub. Həm tərcümə, həm də kitabın keyfiyyəti mükəmməldir. 2001-ci il Əkiz Qüllələrə olan hücumdan sonra Əfqanistana hücumu zamanı ailəsini itirən İsgəndərin qisas və qurtuluş hekayəsindən bəhs edir. Maraqlıdır ki, əsərin əvvəli çox düz və nəqli üslubda irəliləyir, lakin bir mərhələdən sonra daha maraqlı və axıcı hal alır. Düşünürəm ki, mən terrorla mübarizə, beynəlxalq təhlükəsizlik üzrə akademik təhsil aldığım üçün əsər mənim üçün bir qədər boşluqlardan ibarət idi. Bir də hadisələrin çoxunun “müsbət” sonluqla bitməsi inandırıcılıqdan uzaq səslənirdi. Başlanğıcda fərqli hekayələr kimi başlayıb, sona doğru birləşməsi və baş obrazın ətrafında cərəyan etməsi maraqlıdır. Lakin, düşünürəm ki, Gülay Lalə obrazı müəyyən hissələrdə İsgəndər obrazından daha güclüdür. Əsərdə ailə qisası, sevgi, qadın və insan hüquqlarının tapdalanması, siyasi qarşıdurmalar kimi mövzulara toxunulub.
Mahir
Mahir
Edebiyat
Ağıllı QisasMahir · İz Nəşriyyatı · 012 okunma
Qapı arxasında o
9/10
·108 syf.··
Beğendi
·
2023 5. kitabı
·
1 saatte okudu
·
Okunma: 15 Nisan 2023 13:09
“Qapı arxasında o” Reyhan xanımın qələminin hələ ki, sonuncu məhsuludur. Ən gözəl yanı isə bu kitabın qızı ilə əməkdaşlıq çərçivəsində hazərlanmış olmasıdır. Kitabın illustrasiyasını məhz Aysel Şıxlinskaya( o həm də müəllifdir- “Qanadsız Mələk”) çəkib! Düşünürəm ki, necə ki, müasir dövrə uyğun mövzular dəyişir, vizual olaraq da sərhədləri aşmalıyıq. Odur ki, Ayselin illustrasiyaları əsl xarici kitablara bənzəyir! Azərbaycan ədəbiyyatında yaxşı tətbiq edilmiş dünya təcrübəsini görmək insanı fərəhləndirir! Kitabda isə ailə dəyərləri, dostluq, cəsarət, dürüstlük və vicdan kimi məsələlər əhatəli şəkildə müzakirə olunur.
Reyhan Şıhlı
Reyhan Şıhlı
Reyhan Yusifqizi
Reyhan Yusifqizi
Edebiyat
Qapı Arxasında OReyhan Yusifqizi · 3 Alma · 012 okunma
Dostum Mimi
8/10
·88 syf.··
Beğendi
·
2023 6. kitabı
·
1 saatte okudu
·
Okunma: 15 Nisan 2023 23:48
Reyhan xanımın qələmini sevirəm, sözləri muncuq kimi ahənglə düzür. Uşağın gözəl şəxsiyyət kimi yetişməsi üçün xarakterik xüsusiyyətləri o qədər məharətlə, bayağı və təlqin etmədən sətirlərə yerləşdirir ki, nəticədə nə kitabı sıxıcı etmur, nə də ağırlaşdırmır. Təbii ki kitabın Lütfi Zadəyə həsr olunması ona ayrıca dəyər qatır. Süni intellekt kimi vacib amma uşaq üçün ağır bir mövzunun bu qədər sadə/anlaşıqlı və maraqlı işlənməsi özü təqdirə layiqdir. Kitabın sonunda uşaqlar üçün yeni ola biləcək sözlərin izahı var. Bu sözü izah etməkdə çətinlik çəkən valideynlərə yaxşı kömək ola bilər. Kitabın keyfiyyəti və illustrasiyaları çox gözəldir.
Reyhan Yusifqizi
Reyhan Yusifqizi
Reyhan Şıhlı
Reyhan Şıhlı
Edebiyat
Dostum MimiReyhan Şıhlı · Zengin Yayıncılık · 028 okunma