Həqiqətin libası dardır, hər kəsin əyninə gəlməz...
"- ... çıxın gedin bu ölkədən!
- Mən gedim, sən get, o getsin, bəs bu bədbəxt və talesiz günləri bu millətlə kimlər bölüşsün?"
- Hər dövrün öz adamı olur. Biz elə bilirik ki, o adamlarla yaşayırıq. Elə zənn edirik ki, həyatımız onlarsız mümkün deyil, həyatımızı gözümüzdə mataha mindirən onlardır. Yox, əslində, elə olmadığını Allah sənə başa salır, kitabın səhifəsini çevirir. Artıq o səhifədə yeni adamlar, başqa maraqlar olur...
Cavansan, ayrılıq necə olursa-olsun, insanın qəlbinə girmiş bıçaq kimidir, o yara gec sağalır. Amma kimlərəsə görə yaşayıram demək düz deyil. Mən buna inanmıram. Gələcək həyatın sənin üçün nə hazırladığı bəlli deyilsə, bunu niyə özünə dərd edəsən ki?! Onsuzda olan olacaq, təşviş boş yerə ürəyimizi üzür. Möhkəm ol! Başqalarının elə ağır müsibətləri var ki, bizim onlara gücümüz çatmaz. Həm də səni kim inandırıb ki, lazımsızsan? Saralmış yarpağın belə budağından qopub, su üzərində neçə qarışqaya gəmi olduğunu görmüşəm...
İndi dönüb öz ömrünə bir də bax, mütləq xoşbəxt olduğun anlar tapılacaq, təzələrini yaşayana qədər onları qucaqlayıb yata bilərsən. Hamımız kimi...
"..
Rene Char :
“Kırk yaşımızda, yüreğimize yirmimizde sıktığımız bir kurşunla ölüyoruz.”
Böyle bir cümleyi okuyup yıllarca aklınızda tutuyorsanız zaten ölüyorsunuz demektir.
Silaha gerek yok.."