İstədiklərinizi kitablar sizə dərhal verməyəcək. Onları mümkün olan hər yerdə – köhnə qrammafon vallarlında, köhnə filmlərdə, köhnə dostlarınızda özünüz axtarın. Sizi əhatə edən təbiətdə, özünüzdə axtarın. Kitablar vur-tut unutmaqdan qorxduqlarımızı saxladığımız anbarlardan biridir. Onlarda heç bir sirr, heç bir sehr yoxdur. Möcüzə yalnız onların nədən bəhs etməsində, ayrı-ayrı parçalardan necə vahid kainat tikməsindədir.