Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
9/10 puan verdi
Kitabın adı adamda elə təəssürat yaradır ki, kitab bir ananın uşağı ilə şirin-şirin söhbəti haqqındadır. Əslində isə danışdıqları bir o qədər də şirin mövzular deyil. Bu məktub uşağın kiçik yaşlarda deyil, artıq müəyyən yaşa gəldikdən sonra, xüsusilə həyatı sorğulamağa başladığı dövrdə oxusa daha çox nəticə çıxaracağı tərzdədir. Spoiler olmasın deyə təfərrüat verməkdən çəkinirəm, qısacası bir tərəfdən qurulmuş sistemdə müəyyən faktorlara görə qadına və uşağa qarşı münasibətin necə dəyişməsini soğulayır. Digər tərəfdən isə dünyaya gəlməyə dəyərmi, həyat yaşamağa dəyərmi tipli varoluşcu suallar verir. Təbii ki, kitabın səhifə sayını nəzərə alsaq sorğulamaların hər biri çox da dərindən aparılmır. Ona görə də əgər qadın hüquqları, feminizm, varoluşculuq və s. ilə əlaqəli kifayət qədər kitab oxumusunuzsa kitab sizə bir o qədər də bir şey qatmayacaq, lakin bu mövzularda yenisizsə müəyyən mövzuları yenidən düşünüb, yenidən dəyərləndirməyinizə səbəb olacağını düşünürəm. Mənim bu cür mövzuları düşündüyüm bir vaxtda qarşıma çıxdığı üçün kitabı çox sevmişdim. Əslində son dövrlərdə inceleme yazaraq bəzi kitablara olan sevgimi ifadə etməli olduğumu düşünürdüm. Bunu incelemede de məqsədim o idi, amma belə yazanda kitab öz gözümə çox bəsit görsəndi, hisslərimi yazıya bir o qədər də əks etdirə bilmədim, lakin Oriana Fallaci bu kitabı ilə bir yazardan daha çox, bir qadın olaraq gönül bağı qurduğum yazarlardan biri olmuşdu. Onun bu mövzuda fikirlərini daha əhatəli oxumağı çox istərdim.
Doğmamış Çocuğa Mektup
Doğmamış Çocuğa MektupOriana Fallaci · Can Yayınları · 20181,964 okunma
··
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.