Gönderi

Bizi artıq uşaqlıqdan əhlilləşdiriblər. Bala, sən əvvəlcə məktəbdə oxumalısan, sonra universitetdə. Universiteti bitirən kimi əsgərliyə gedəcəksən.Qayıdanda işləməyə başlayacaqsan. O illər yəqin ki, nişanlanarsan. Bir az imkan tapan kimi evlənəcəksən. İlk iki ildə uşağınız olacaq. Sonra uşaq böyüyəcək. Onu məktəbə qoyacaqsınız. Sonra uşaqlarınız evlənəcək, sən nəvənlə oynayacaqsan. Qocalanda da ki, vərəmdən, şəkərdən bir xəstəlik tapıb öləcəksən. Bu etalondur. Həyat standartı. Hər şey bu cür olmalıdır. Bu bizim bağlandığımız dirəkdir. Mən də bu dirəyi qırmaq qərarına gəldim. Həyətdən çıxan kimi dedim ki, düz gedəcəm. Nə qədər gedə bilsəm gedəcəm. Nə xəritəm vardı, nə də başqa bir şey. Sadəcə düz.
Sayfa 2
·
5 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.