"Mən bir şərəfli insanam yoxsa bir ruh xəstəsi?" dedi İvanov.
Əsərin baş qəhrəmanı İvanov və onun qaranlıq,tənha və normal olmayan davranışlarıdır. Belə ki, evləndiyi qadın Annanın ölüm ayağında olduğunu bilməsinə rəğmən, o öz düşüncələrində boğulur və hər şey ona absurd gəlirdi. Həkim Lvov onu hər gördüyündə daha çox nifrət edər və belə bir insanın yer üzündə belə yaşamağını mənasız görərdi. Uzun sürən və acı dolu həyat keçirmiş Anna Petrovnanın ölümündən sonra isə Saşa ilə nişanlanar. Bu da Saşanın təhkidləri sayəsində baş vermiş hadisə olur. İvanov əlindən gələni etsə də, kimsəni sevə bilməyəcəyindən əmindir. O sadecə öz düşüncələri ilə birlikdə, baş-başa qalmaq istəyir. Toy günü Saşanın evinə gedən İvanov artıq hər şeyi etiraf edəcəyini və bütün olanlardan yorulduğunu demək istədiyini bildirəcək idi. Daha çox spoylər vermək istəmədiyim üçün məncə bu qədər yetərlidir.